Xəbər lenti

Xaricdən gələn zəvvarların sayı 5 milyon 769 min 271 nəfər təşkil edib. Onların 86 faizi hava yolu, 13.6 faizi quru yolu, 0.4 faizi isə dəniz yolu vasitəsilə Krallığa daxil olub. Ölkə daxilindən ziyarət edənlərin sayı isə 9 milyon 464 min 496 nəfər olub. Daxili zəvvarların 53.5 faizini qeyri-səudiyyəlilər təşkil edib; ümumi bölgüdə kişilər 66.2 faiz, qadınlar isə 33.8 faiz paya sahib olub.

ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi bəzi respublikaçı namizədlərin seçkilərdə gözlənilən nəticəni göstərə bilməməsi partiya daxilində 2026-cı il aralıq seçkiləri ilə bağlı narahatlığı artırıb. Tramp bu həftə Cənubi Karolinada respublikaçı namizəd Darlene Qrehemə dəstək vermək üçün seçki kampaniyasına qatılıb. Vitse-prezident Cey Di Vens isə Ohayoda başqa bir respublikaçı namizədə dəstək verib. Bu addımlar Trampın şəxsi nüfuzunun onun dəstəklədiyi bütün namizədlərə avtomatik üstünlük qazandırmadığı ilə bağlı narahatlığı üzə çıxarıb.

Dövlətimizin başçısı qeyd edib: “Mənə məruzə ediblər ki, 500 milyon dollardan təxminən 160 milyonu artıq müəyyənləşdirilib. Təbii ki, düşünürəm, biz bu vəsaiti tezliklə istifadə edəcəyik və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik. Həmçinin deməliyəm ki, Azərbaycanın müxtəlif ölkələrlə bu cür əməkdaşlıq formatları var. Amma mən deyərdim ki, ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur”.

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub. Layihə ölkə iqtisadiyyatını, investisiya siyasətini, nəqliyyat sistemini, təhsili, ekologiyanı və rəqəmsal texnologiyaları vahid məkanda birləşdirən yeni şəhərsalma modelidir. Layihə tam yekunlaşdıqdan sonra 260 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında Zəngəzur dəhlizi barədə danışıb. Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirən dövlətimizin başçısı Azərbaycanın əsas hissəsində bu layihənin gələn il başa çatacağını vurğulayıb. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında da müvafiq işlərə başlanıldığını diqqətə çatdırıb.

Qayana­nın keçmiş xarici işlər naziri Karolin Rodriges Berkett BMT Baş katibi Antonio Quterreşin varisliyinə dair Təhlükəsizlik Şurasında keçirilən ikinci qeyri-rəsmi səsvermədə ilk pilləyə yüksəlib. Rodriges Berkett səkkiz “dəstəkləyici”, üç “əleyhinə” və dörd “mövqesiz” səs alıb. İlk səsvermədə isə onun doqquz dəstəkləyici səsi olmuşdu. Buna baxmayaraq, namizədlər arasında liderliyini qoruyub.

Qazaxıstanın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin başlanğıcının rəmzi olan bu mühüm hadisənin ölkənizin hərtərəfli inkişafına, həyata keçirdiyiniz genişmiqyaslı islahatların davam etdirilməsinə və qarşıda duran vəzifələrin gerçəkləşdirilməsinə xidmət edəcəyinə əminliyimi bildirirəm. Qurultayın işinə müvəffəqiyyətlər arzulayıram.

Britaniya şahzadəsi Harri ilə evləndikdən sonra aktyorluq fəaliyyətindən uzaqlaşan Meqan Marklın yenidən ekranlara qayıtması gündəmə gəlib. Onun “The Gentlemen” serialının üçüncü mövsümündə rol ala biləcəyi bildirilir. “CNN”ə danışan Meqan Markla yaxın mənbələrin sözlərinə görə, Sasseks hersoginyasının qarşıdakı dövrdə Londonda məskunlaşması onun aktyorluğa dönüş ehtimalını artırır. Qay Riçinin rejissoru olduğu serialın çəkilişlərinin Böyük Britaniyada aparılması da bu ehtimalı gücləndirir.

Qazaxıstanda Kurultay deputatlarının seçkilərində səsvermə başa çatıb. Ölkə üzrə seçici fəallığı 74,19 faiz təşkil edib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “ölkə üzrə saat 20:00-a 9 352 151 seçici bülleten alıb ki, bu da seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayının 74,19 faizini təşkil edir”.

Əlcəzair əsilli müğənni, bəstəkar və gitaraçı Suad Massi müasir etnik və alternativ musiqi dünyasında Şimali Afrikanın ən parlaq, unikal və eyni zamanda üsyankar qadın səslərindən biri hesab olunur. Onun yaradıcılığı sadəcə klassik Şərq musiqisi deyil. Bura folk, rok, flamenko, fado və Şərqin ənənəvi şabbi (chaabi) ritmlərinin heyranedici sintezidir. Gitara çalaraq mahnı ifa edən və bu xüsusiyyətinə görə tez-tez Amerikanın əfsanəvi sənətçisi Coan Baezlə müqayisə olunan Suad Massi, Şərq dünyasında qadın azadlığının və sülhün ən güclü simvollarından birinə çevrilmişdir.

Dünyanın ən uzunömürlü qadını hesab olunan Ethel Ketrham 117 yaşını qeyd edərkən uzun ömrünün əsas sirlərindən birinin mübahisələrdən uzaq durmaq olduğunu bildirib. 1909-cu il avqustun 21-də İngiltərənin Hempşir qraflığında anadan olan Ketrham 2025-ci ilin aprelində braziliyalı rahibə İna Kanabaro Lukasın 116 yaşında vəfatından sonra dünyanın ən yaşlı insanı titulunu əldə edib.