İslam və Tarix

Məhəmməd peyğəmbərin ən yaxın səhabələrindən biri, həmçinin onun katibi olmuş Abdullah ibn Rəvaha İslam tarixinin önəmli simalarından hesab olunur. Mədinənin Xəzrəc qəbiləsində anadan olan Abdullah, müsəlmanlığı qəbul etdikdən sonra ikinci Əqəbə beyətində mədinəlilərin ön sıralarında yer alaraq Allah Rəsuluna sadiqlik andı içmişdir.

Bir adı da “quşluq” olan bu namaz günəşin doğmasından 45 dəqiqə sonra, azı, iki, çoxu, on iki rükət arasında, zəval vaxtına qədər qılınan namazdır. Həzrət Peyğəmbərin bu namazın fəzilətlərindən və neçə rükət olduğundan bəhs edən çoxlu rəvayət mövcuddur.

Şeytanın insanı aldatmaq yolları çox müxtəlifdir. O, hər bir insana öz mizacına (xarakterinə) görə ayrı-ayrı yollarla yanaşır. Alimləri, şeyxləri, abidləri, cinbazları və digər müsəlmanları — hamısını öz xarakterlərinə uyğun olan, onları aldada biləcəyi yollarla tovlayır. (Bu mövzuda "Təlbi-i İblis" adlı kitabda geniş izahat verilmişdir). Cahilləri çox asanlıqla ovlayır, çox zəhmət çəkmədən istəyinə nail olur. Lakin elm sahiblərini asanlıqla aldada bilmir; onlara yaxınlaşdıqda isə əvvəlcə ağlın və İslamın qəbul etdiyi yollarla gəlir. Bu da bir həqiqətdir ki, şeytan heç kəsə zorla bir şey etdirə bilməz. Şeytanın Allahın saleh bəndələri üzərində heç bir hakimiyyəti yoxdur.

Məhəmməd Abduh 1265-ci ildə (1849) Misirin Buhayrə bölgəsinin Mahalletünnasr kəndində anadan olub. Tanta ətrafına yerləşmiş türkmən köçkünlərindən olan ailəsi, Məhəmməd Əli Paşanın təzyiqləri səbəbindən Nil çayı sahilinə köçmüşdü. Fermerliklə məşğul olan atasının israrlı təşviqi ilə Məhəmməd Abduh yazıb-oxumağı öyrənib hifzini (Quranın əzbərlənməsini) tamamladıqdan sonra 1862-ci ildə təhsil üçün Tantaya göndərildi.

"Mən Mosul yaxınlığındakı Nəmr ibn Qasit xanədanına mənsubam. Atam valilik etdiyi dövrdə Bizans ordusu şəhərə hücum etdi. Kiçik yaşlarımda əsir düşdüm və ailəmi itirdim. Uzun müddət bizanslıların əlində qaldığım üçün 'Rumi' (Rumlu/Bizanslı) ləqəbi ilə tanındım. Daha sonra məkkəli İbn Cüdan məni satın aldı və beləliklə yolum Məkkəyə düşdü."