Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və Tarix
    İslam və Tarix

    Osmanlıda qeyri müsəlmanlara kölə saxlamaq niyə qadağan edilmişdi?

    21 Dekabr 2025 19:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Osmanlıda qeyri müsəlmanlara kölə saxlamaq niyə qadağan edilmişdi?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Osmanlı dövründə əsir ticarəti dövlət nəzarətinə baxmayaraq, uzun müddət ciddi əxlaqi və ictimai problemlərlə müşayiət olunub. Rəsmi qadağalar və fərmanlara rəğmən, xüsusilə İstanbulda fəaliyyət göstərən əsir bazarları və tellallar cəmiyyət üçün təhlükəli sayılan pozuntulara yol açıb. Tarixi mənbələrə görə, Osmanlı dövləti beynəlxalq müqavilələrlə əsirliyi rəsmən tanıyana qədər İstanbulun əsas əsir bazarı Nuruosmaniyə məscidi ətrafında fəaliyyət göstərib. XVIII əsrin ikinci yarısında inşa edilən məscid belə bu ticarət mərkəzinin yaxınlığında yerləşib.

    Əsir və cariyə alqı-satqısının fahişəliyə əlverişli zəmin yaratması səbəbilə dövlət əsir tacirlərini ciddi nəzarətdə saxlamağa çalışsa da, XVI–XVIII əsrlərdə bu sahədə genişmiqyaslı pozuntular qeydə alınıb. İstanbul Qazılığına göndərilən fərmanlarda, xüsusilə gənc kölə və cariyələrin əxlaqsız məqsədlərlə istifadə edilməsi faktları vurğulanır.

    Mənbələrdə qeyd olunur ki, bəzi əsir tacirlərləri cariyələri varlı şəxslərə, xristian tacirlərə və xarici nümayəndələrə müvəqqəti olaraq təqdim edir, daha sonra isə bunu “bəyənilmədi” bəhanəsi ilə ört-basdır edirdilər. Bu cür hallar dövlət tərəfindən sərt şəkildə qadağan edilsə də, tamamilə qarşısı alına bilməyib.

    1559-cu ildə qəbul edilən fərmanlarla qeyri-müsəlmanların kölə və cariyə işlətməsi qəti qadağan olundu. Əsir və azad edilmiş kölələrin müsəlmanların himayəsinə verilməsi qərara alındı. Bununla belə, qeyri-rəsmi yollarla bu cür qanun pozuntularının bir müddət davam etdiyi tarixi mənbələrdə açıq şəkildə əksini tapır.

    Tarixçilərin fikrincə, əsir ticarəti Osmanlı cəmiyyətində yalnız iqtisadi deyil, həm də ciddi sosial və əxlaqi problemlər yaradıb və bu sahədə aparılan islahatlar imperiyanın son dövrlərində daha da sərtləşdirilib.

    #Osmanlı dövləti tarixi #Osmanlıda qeyri müsəlmanlara kölə saxlamaq niyə qadağan edilmişdi? #Osmanlı dövründə əsir ticarətinin qaranlıq üzü #İstanbulda əsir bazarları: tarix və əxlaqi problemlər #Osmanlı’da Esir Ticareti ve Toplumsal Sorunlar #İstanbul’daki Esir Pazarlarının Karanlık Tarihi #Slave Trade in the Ottoman Empire: A Historical Overview #Inside Istanbul’s Slave Markets of the Ottoman Era #Работорговля в Османской империи: исторический анализ #Стамбульские рынки рабов в османский период #Osmanlıda əsir ticarəti #Osmanlı dövründə əsir bazarları necə işləyirdi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yeniçəri–Sipahi qarşıdurması: Osmanlı sarayında alovlanan ilk qardaş qırğını

    26 İyul 2026 10:05

    İldırım Bəyazid dəmir qəfəsə salınıb mı?

    12 İyul 2026 10:00

    Fateh dövründə Osmanlı İmperiyası necə bir inkişaf yolu keçdi?

    5 İyul 2026 09:00

    Kastamonu və Amasiyanın Osmanlıya birləşdirilməsi: 1389-1393-cü illər səfəri

    5 İyul 2026 06:47

    Bu gün Fateh Sultan Mehmedə qarşı sui-qəsd edildi

    17 İyun 2026 03:00

    Bursanın talanından İzmirin fəthinə - Ankara döyüşünün Anadoludakı ağır nəticələri

    14 İyun 2026 11:00

    Türk döyüş taktikası - İldırım Bəyazidin hərbi dühası: Avropa cəngavərlərinin Dunay sahilindəki süqutu

    9 İyun 2026 06:35

    Türk vergisi nədir və kimlərdən alınırdı?

    7 İyun 2026 18:00

    Şahzadə Bəyazidə niyə İldırım deyirdilər? Titulun pərdəarxası

    7 İyun 2026 06:46

    Osmanlı-Məmlük rəqabətinin başlanğıcı və Əmir Teymur təhlükəsi

    7 İyun 2026 00:10

    Sırpsındığı döyüşü: Tarixi fakt, yoxsa hadisələrin qarışığı?

    31 May 2026 05:51

    İstanbulun fəthi xristian dünyasında necə qarşılandı?

    29 May 2026 06:00
    XƏBƏR LENTİ

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.