Böyük Britaniyada 39 yaşlı Vahid Aberi İranın xeyrinə casusluqda ittiham olunub. O, Britaniya və İran vətəndaşlığına malikdir və Liverpulda yaşayır. Prokurorluq Aberinin İran kəşfiyyatına kömək təklif etdiyini iddia edir. Bildirilir ki, o, İran daxilindəki əlaqələrə müraciət etsə də, buna nail olmayıb. 2025-ci ildə İranın Londondakı konsulluğuna məktub yazdığı da irəli sürülür. Aberi çərşənbə günü saxlanılıb və London məhkəməsinə çıxarılıb. Məhkəmə onun həbsdə qalmasına qərar verib. O, avqustun 21-də Mərkəzi Cinayət Məhkəməsində yenidən hakim qarşısına çıxacaq.
#İran kəşfiyyatı
İran İslam İnqilabı Keşikçiləri Korpusu İsraillə əlaqəli olduğu iddia edilən beş silah qaçaqmalçılığı şəbəkəsinin zərərsizləşdirildiyini açıqlayıb. SEPAH əməliyyat zamanı onlarla silah, partlayıcı maddə və minlərlə güllənin müsadirə edildiyini bildirib.
İsraildə yayımlanan Kanal 15 televiziya kanalının məlumatına görə, ölkə ordusunda xidmət edən 4 hərbçi İran adına casusluq fəaliyyəti ilə bağlı ittihamlar əsasında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Məlumata əsasən, saxlanılan hərbçilərdən bəzilərinin vəkillərlə görüşünə icazə verilməyib və bütün şübhəlilərin saxlanılma müddəti uzadılıb. Bildirilir ki, hadisə İsrail təhlükəsizlik qurumlarında narahatlıq doğuran yeni casusluq hadisəsi kimi qiymətləndirilir.
Türkiyədə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat nəticəsində İran kəşfiyyat strukturları ilə əlaqədə şübhəli bilinən casus şəbəkəsi ifşa edilib. İstintaq materiallarına əsasən, saxlanılan şəxslərin İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat strukturları ilə birbaşa əlaqədə olduqları müəyyən edilib. Onların Türkiyə ərazisində yerləşən hərbi obyektlər, strateji əhəmiyyətli bölgələr, eləcə də ölkə hüdudlarından kənarda yerləşən kritik nöqtələr barədə məlumat topladıqları və bu informasiyaları İran kəşfiyyatına ötürdükləri aşkar olunub.
Bu xəbərdə İranın kəşfiyyat naziri İsmayıl Xatibzadənin ABŞ və İsrailin hər hansı "macəra"sına qarşı xəbərdarlığı ətraflı təqdim olunur. O, Tehranın "təhdidə qarşı təhdid, hücuma qarşı hücum" strategiyasını vurğulayaraq, İranın düşmən müdaxilələrinə qarşı sərt mövqe tutacağını bildirib.