İngiltərənin Portsmut Universitetindən professor Enrike Qastanyaqanın rəhbərlik etdiyi tədqiqatda irəli sürülən hipotezə görə, kainatın başlanğıcı nəhəng bir qara dəliyin çökməsi və müəyyən həddə çatdıqdan sonra geri sıçraması ilə yaranıb. Bu proses, kosmoloqların Böyük Partlayışdan sonra baş verdiyini düşündükləri sürətli genişləməyə bənzər şəkildə yeni bir kainat formalaşdırıb.
Maraqlı faktlar
Elba çayı hövzəsində yerləşən Döbeln şəhəri iqlim dəyişikliyi nəticəsində artan daşqın təhlükəsinə qarşı Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihələrlə qorunur. 2002-ci ildə şəhər son yüzilliyin ən ağır daşqınlarından birini yaşamış, nəticədə 21 nəfər həlak olmuş, 600 bina dağılmış, 300-dən çox biznes sıradan çıxmış və ümumi itkilər 150 milyon avro təşkil etmişdi. 2013-cü ildə də bölgə oxşar fəlakətlə üzləşmişdi.
Dünyada sürətlə yayılan mikroplastiklərin insan orqanizminin ən dərin toxumalarına qədər sirayət etdiyi təsdiqlənib. Yeni araşdırmalar bu hissəciklərin artıq yalnız qida, içki və havada deyil, həmçinin bağırsaq, beyin və reproduktiv orqanlarla yanaşı, sümüklərin dərinliklərində də toplandığını göstərib.
Mütəxəssislərin açıqladığı statistik məlumatlar insan orqanizminin imkanlarını və bəşəriyyətin tarixi inkişafını diqqətə çatdırır. Araşdırmalara görə, hər 20 uşaqdan yalnız biri həkimin müəyyən etdiyi gündə dünyaya gəlir. Yəni, əksər doğumlar proqnozlaşdırılan tarixdən fərqli baş verir. Bu fakt həkimlərin dəfələrlə vurğuladığı kimi, doğuş prosesinin tam olaraq nəzarətdə olmayan bioloji mexanizm olduğunu göstərir.
Yunanlara “Ozimandias”, ingilisdilli dünyaya isə “Böyük Ramzes” kimi tanınan firon həyatında bir çox nailiyyətlərə imza atdı. Bunlardan ən önəmlisi isə e.ə. 1259-cu ildə Hettlərlə imzaladığı, dünyada məlum olan ən qədim sülh müqaviləsidir. Lakin tarixdə ən uzun hökmranlıq etmiş ikinci firon olan Ramzes ölümünün səbəbi barədə demək olar ki, heç bir yazılı iz buraxmadı. Onun ölümü yalnız tarixdə - e.ə. 1213-cü ilin avqustun əvvəlində – qeydə alınıb.
Dənizdə gəmi qəzaları tarix boyu minlərlə insanın həyatına son qoymuş ən böyük faciələrdən sayılır. Bu qəzalar çox vaxt təbii fırtınalar, texniki nasazlıqlar və ya toqquşmalar nəticəsində baş verir.
İspaniyanın ən yaşlı sakini Maria Branyas 2024-cü ilin avqustunda 117 yaşında vəfat etdikdə, o, dünyanın ən yaşlı insanı sayılırdı. Ancaq alimlər onun genetik və bioloji analizlərini araşdırdıqda, yaşının çox gənc görünə biləcəyini müəyyən ediblər.
Avropanın ən böyük dondurulmuş qida şirkəti Nomad Foods tərəfindən aparılan sorğuya əsasən, istehlakçıların 47 faizi qida tullantılarını azaltmaq məqsədilə dondurulmuş məhsulları seçir. Bu da Avropa İttifaqında hər il yaranan təxminən 59 milyon ton qida tullantısının azaldılmasına mühüm dəstək ola bilər.
Əgər yolunuz Səudiyyə Ərəbistanına düşərsə, mütləq görməli yerlərdən biri də Al-Ula vilayətinin şimalında yerləşən “Gəlin Qayası”dır. Yerli əhali tərəfindən bu adla tanınan qaya parçası minilliklər boyu küləklərin və təbiətin gücü ilə formalaşıb və indi əsl möcüzə kimi ziyarətçiləri heyran qoyur.
Dünya Meteorologiya Təşkilatı (WMO) yeni hesabatında qlobal su dövrünün sürətlə qeyri-sabitləşdiyini açıqlayıb. Qurum, iqlim dəyişikliyi səbəbilə buzlaqların əriməsi, uzunmüddətli quraqlıqlar və dağıdıcı daşqınların artmasının planetin ən həyati sistemini “nəzarətdən çıxardığını” vurğulayıb.
İstanbul dünyanın ən qədim və ən möhtəşəm şəhərlərindən biridir. Türkiyənin ən böyük şəhəri olan İstanbul həm iqtisadi, həm tarixi, həm də sosial-mədəni baxımdan ölkənin ürəyi sayılır.
Kunq Fu (功夫, Pinyin: gōngfu) – Çində yaranmış qədim döyüş sənətidir. “Kunq” sözü “nailiyyət” və ya “əməl”, “Fu” isə “insan” mənasını verir. Beləliklə, “Kunq Fu” ifadəsi “insan nailiyyəti” kimi tərcümə olunur.