Maraqlı faktlar

Yeni İngiltərə koloniyaları separatçılar və puritanlar tərəfindən qurulmuşdu. Separatçılar - Anglikan kilsəsindən ayrılmanı müdafiə edənlər, puritanlar isə - Anglikan kilsəsini katolik təsirlərindən “təmizləməyə” çalışanlardı. Orta və Cənub koloniyalarının əksəriyyəti isə anglikanlar, kvakerlər və bəzi hallarda, məsələn, Merilenddə olduğu kimi, katoliklər və qeyri-konformist protestantlar tərəfindən yaradılmışdı.

Qədim Misirdə insanların qidalanmasının əsasını çörək və sıyıqlar təşkil edirdi. Hər iki yemək növü adətən arpa və ya emmer buğdasından (Misirin iki əsas dənli bitkisi) hazırlanırdı.Taxıl daş dəyirmanlarda əl ilə üyüdülərək un halına salınırdı. Bütün diqqətə baxmayaraq, üyütmə və daşınma zamanı qum və xırda daş hissəcikləri çox vaxt una qarışırdı. Bu səbəbdən bir çox mumiyalarda insanların çörəkdəki qum səbəbindən dişlərinin aşındığı aşkar olunub.

Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin (IARC) yeni hesabatına görə, dünyada ən yüksək alkoqol istehlakına malik region olan Avropa İttifaqında yalnız 2020-ci ildə 111 mindən çox yeni xərçəng hadisəsi alkoqol istifadəsi ilə əlaqələndirilib. ÜST-ün məlumatına əsasən, dünya üzrə alkoqolla əlaqəli xərçəng hallarının sayı 741 minə çatıb, bu xəstəliklərdən təsirlənənlərin təxminən 70 faizi kişilərdir.

Yeni bir araşdırma göstərir ki, şəkərli və süni dadlandırıcılarla hazırlanmış diyet içkilər qaraciyər sağlamlığı üçün zərərlidir. Araşdırmaya görə, gündə yalnız bir qutu belə içmək, metabolik disfunksiya ilə əlaqəli qaraciyər yağlanması xəstəliyi (MASLD) riskini əhəmiyyətli dərəcədə artırır.

Rəqəmsal texnologiyaların həyatın hər sahəsinə nüfuz etməsi uşaqların oxuma vərdişlərinə ciddi təsir göstərir. UNESCO və TÜİK-in son hesabatları göstərir ki, uşaqların kitabla keçirdiyi vaxt ekran qarşısında sərf etdiklərinin 10 faizindən də azdır. Son illərdə müşahidələr göstərir ki, uşaqlar bir-birlərinə oxuduqları kitabları deyil, oynadıqları oyunları danışır.

Yeni elmi araşdırma göstərib ki, insanların şəxsiyyət xüsusiyyətləri onların ömür uzunluğuna birbaşa təsir göstərə bilər. Mütəxəssislər hesab edir ki, bu nəticələr gələcəkdə fərdiləşdirilmiş tibbi xidmətlərin formalaşmasına təkan verəcək. Araşdırmanın nəticələrinə görə, nizamlı, məsuliyyətli, aktiv, yardımsevər və çalışqan şəxslər daha uzun ömür sürürlər. Əvəzində pessimist, narahat və stressə meyilli insanlar daha yüksək ölüm riski ilə üzləşirlər.

Osmanlı dövrünün möhtəşəm memarlıq irsi, xüsusilə XVI əsrdə parlayan memarlıq ənənəsi, iki əsas qaynaq üzərində formalaşmışdı. Bu mənbələrdən biri İran, Mesopotomiya, Misir və Suriya memarlıq üslubları, digəri isə Səlcuqlu dövlətinin Anadolu torpaqlarında inkişaf etdirdiyi memarlıq ənənəsidir. XIV–XV əsrlərin əvvəllərində Manisa, İznik və Bursa kimi şəhərlərdə yaranan bu Anadolu-Bizans sintezi sonradan Osmanlı memarlığının əsas təməl daşına çevrildi.

Yeni elmi araşdırmaya görə, qadınların kişilərdən daha uzun yaşaması təkcə insanlara xas xüsusiyyət deyil. Genetik fərqlər, evrim prosesi və həyat tərzi amilləri bu fərqin əsas səbəbləri arasında göstərilir. Science Advances jurnalında dərc edilən genişmiqyaslı tədqiqatda alimlər min 176 müxtəlif növü — şimpanzelər, gəmiricilər, marallar və bir çox quş növlərini — həm vəhşi təbiətdə, həm də zooparklarda müşahidə ediblər.

Aralıq dənizi regionunda yerləşən kiçik və orta ölçülü şəhərlər iqlim böhranına qarşı mübarizədə güclərini birləşdirirlər. Bu prosesdə əsas rol Avropa İttifaqının maliyyələşdirdiyi COMPOSE layihəsinə məxsusdur. Layihə bələdiyyələrə bərpaolunan enerji keçidində dəstək olmaq, texniki bilik və maliyyə çatışmazlıqlarını aradan qaldırmaq üçün həyata keçirilib.