Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Maraqlı faktlar
    Maraqlı faktlar

    Alimlərdən ciddi xəbərdarlıq - ölümcül istilər genişlənir

    8 Fevral 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Alimlərdən ciddi xəbərdarlıq - ölümcül istilər genişlənir
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Alimlər xəbərdarlıq edir ki, əsrin sonuna qədər insanlar üçün dözülməz isti olan ərazilərin sahəsi üç dəfə arta bilər.

    AzerVoice xəbər verir ki, orta qlobal temperatur sənaye dövrünə qədərki səviyyə ilə müqayisədə artıq 1,5 dərəcə yüksəlib. Alimlərin fikrincə, temperatur daha yarım dərəcə artsa, hətta sağlam yetkin insanların belə yaşaya bilmədiyi torpaq sahələri üç dəfə genişlənəcək. Bu, ABŞ-ın ərazisinə bərabər bir bölgənin yaşanmaz hala gəlməsi deməkdir.

    Xüsusilə 60 yaşdan yuxarı insanlar üçün risk daha böyükdür. Hal-hazırda dünyanın 21 faizində yaşaya bilməyən bu yaş qrupu, temperaturun yüksəlməsi ilə bu rəqəmin 35 faizə çata biləcəyini bildirir.

    London Kral Kollecinin iqlimşünası Tom Matthews deyir ki, qlobal istiləşmə 2 dərəcəni keçərsə, ölümcül temperaturlar daha geniş əraziləri əhatə edəcək. Əgər temperatur 4 dərəcə yüksələrsə, dünyanın quru ərazilərinin 40 faizi yaşamaq üçün əlverişsiz olacaq.

    Alimlər bildirirlər ki, bəzi bölgələr artıq insan orqanizminin dözə biləcəyi maksimum temperatur həddini keçib. Fars körfəzi, Hind-Qanq düzənliyi, ABŞ-ın cənubu, Meksika və Avstraliya kimi yerlərdə həddindən artıq isti dalğaları insanların sağlamlığını ciddi təhlükə altına alır.

    Qalıq yanacaq istifadəsi davam edərsə və karbonu udan ekosistemlər məhv edilərsə, temperaturun 2 dərəcədən çox artması qaçılmaz olacaq. Alimlərin proqnozuna görə, bu rəqəm 4-5 dərəcəyə çatarsa, planetin böyük bir hissəsində həyat mümkünsüz hala gələ bilər.

    Mütəxəssislər bildirirlər ki, bərpa olunan enerji mənbələrinə keçid və ekosistemlərin qorunması bu təhlükənin qarşısını almaq üçün vacibdir. Matthews əlavə edir ki, insanlar daha isti bir dünyaya uyğunlaşmaq üçün də hazır olmalıdırlar.

    #Bunu bilirsinizmi?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    30 Avqust 2026 12:00

    Kitab oxumağın faydaları haqqında nə bilirik?

    21 Avqust 2026 07:56

    Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

    26 İyul 2026 14:00

    Hormonların davranışa təsiri: Qadın və kişi aqressivliyinin anatomik fərqləri

    19 İyul 2026 20:00

    Bitkilərin cinsiyyəti varmı?

    19 İyul 2026 12:35

    İmam Qəzali Səlcuqlu saray dəvətini niyə rədd etdi? Sultan Səncərə göndərilən tarixi məktub

    19 İyul 2026 10:31

    Səhərləri enerjili başlamağın sadə yolları: Gününüzü daha məhsuldar keçirin

    19 İyul 2026 07:00

    Xarici görünüşümüz həyatımıza necə təsir edir?

    13 İyul 2026 08:01

    İslam memarlığı Avropa sənətini necə formalaşdırdı?

    12 İyul 2026 22:00

    Musiqi dinləmək zehni inkşaf etdirir

    28 İyun 2026 23:00

    Azaltmaq çarə deyil: Siqaret risklərindən qurtulmağın yeganə formulu

    21 İyun 2026 17:00

    Sosial medianın gizli təhlükəsi: Gənclər arasında yayılan "rəqəmsal demansiya"

    21 İyun 2026 13:00
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.