Tarixdə bu gün

Kiprdə 3 türk kəndinə hücum edərək zəbt edən yunan terrorçuları 28 türkü öldürüb, 200-dən çox türk isə itkin düşüb. Nazirlər Şurası növbədənkənar iclas keçirərək Baş Qərargah rəisi və qüvvələr komandirləri ilə bağlı vəziyyəti dəyərləndirib.

1848-ci il 14 noyabrda ABŞ-ın Nyu-York ştatında yaşayan Fox bacılarının iddiası ilə dünyada yeni hərəkat doğuldu – spiritizm. Onların “ölülərlə danışması” həm Amerika, həm də Avropada böyük təlatüm yaratdı və yeni bir mistik axının əsasını qoydu.

1914-cü il noyabrın 14-də Birinci Dünya müharibəsinin gedişində Osmanlı imperiyasının paytaxtı İstanbulda imperiyanın ali dini lideri Şeyxül-İslam Osmanlı hökuməti adından rəsmi olaraq “cihad” elan edib. Bəyanatda bütün müsəlmanlar Britaniya, Fransa, Rusiya, Serbiya və Monteneqroya qarşı silaha sarılmağa çağırılıb.

1976 BMT-nin Baş Assambleyası Kiprdəki bütün xarici hərbi qüvvələrin geri çəkilməsini və qaçqınların öz yerlərinə qayıtmasını nəzərdə tutan qətnaməni qəbul etdi.

2003 TÜBİTAK İnformasiya Texnologiyaları və Elektronika Araşdırma İnstitutu (BİLTEN) tərəfindən texnologiya transferi ilə istehsal olunan və kosmosa göndərilən BİLSAT peyki görüntü göndərməyə başladı.