Tarixdə bu gün

21 noyabr 1916-cı il tarixində, Birinci Dünya müharibəsi illərində hospital gəmisinə çevrilmiş “Britannic” , Egey dənizində baş verən güclü partlayış nəticəsində batdı. Hadisə zamanı 30 nəfər həlak oldu, lakin 1000-dən çox insan xilas edilə bildi.

Dünya gözəllik yarışmasının keçiriləcəyi Nigeriyada bir qəzetdə Hz. Məhəmmədlə bağlı dərc olunan məqaləyə görə baş verən qarşıdurmalarda 100-ə yaxın adam ölüb, 500-ə yaxın adam yaralanıb.

1993-cü ildə bir mülki iddia çərçivəsində azyaşlıya qarşı cinsi istismar iddiaları ilk dəfə ictimaiyyətə açıqlandıqdan sonra Maykl Cekson haqqında şayiələr səngiməmişdi. On il sonra — 19 noyabr 2003-cü ildə — ifaçı eyni mahiyyətdə olan cinayət ittihamları ilə üzləşməyə hazırlaşarkən ona qarşı uşağın cinsi istismarı ilə bağlı həbs orderi verildi. Daha sonra Cekson bu ittihamların hər birindən məhkəmədə bəraət alsa da, həmin gün irəli sürülən ittihamlar pop musiqisinin “Kralı”nın nüfuzuna və maliyyə vəziyyətinə ciddi zərbə vurdu.

Cim Consun rəhbərlik etdiyi Xalqlar Məbədi adlı kultun üzvləri kütləvi intihar ediblər. Qayananın Constaun şəhərində 276-sı uşaq olmaqla 914 nəfərin meyiti tapılıb.

Türk təyyarələri Kipr üzərində alçaqdan uçdu. BMT Sülh Qüvvələrinin nəzarətində olan Erenköy bölgəsində türklərlə yunanlar arasında qarşıdurma 7 saat davam edib.

1978-ci il noyabrın 18-də Peoples Temple (Xalq Məbədi) təşkilatının qurucusu Cim Cons Cənubi Amerikanın Qayana dövlətinin ucqar bölgəsində yerləşən kənd təsərrüfatı kommunasında yüzlərlə tərəfdarını kütləvi qətl–intihara sürüklədi. Consun ardıcıllarının çoxu zəhər qatılmış içkini könüllü şəkildə içdi, bəziləri isə buna silahlı təhdid altında məvbur edildi.

1869-cu il , 17 noyabr tarixində Süveyş kanalını Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən möhtəşəm mərasimlə açılışı keçirildi. Açılışda Fransa imperatoru III Napoleonun həyat yoldaşı imperatriçə Ejenya da iştirak edirdi.

17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr — 5 dekabr, 1988-ci il) başladı.

Tarixi araşdırmalar göstərir ki, Sultan II Mehmet (Fatih) Osmanlı tarixinin ən böyük sərkərdələrindən biri hesab olunsa da, onun qazandığı zəfərlər asan əldə edilməyib. Fatih sadəcə zəif və kiçik hökmdarlarla deyil, Balkanlar və Cənub-Şərqi Avropanın ən güclü liderləri ilə mübarizə aparıb.