BAKI, VOA
2009-cu il avqustun 16-da Yamaykalı atlet Hüseyn Bolt Berlində keçirilən Dünya Çempionatında 100 metr məsafəyə qaçışda dünya rekordunu yeniləyib.
22 yaşlı Bolt məsafəni 9,58 saniyəyə qət edərək 9,6 saniyədən aşağı nəticə göstərən ilk atlet olub. O, 2008-ci ildə Pekin Olimpiadasında müəyyənləşdirdiyi 9,69 saniyəlik dünya rekordunu yaxşılaşdırıb.
Finalda amerikalı Tayson Qey 9,71 saniyə nəticə ilə ikinci, yamaykalı Asafa Pauell isə üçüncü olub. Bolt yarışdan sonra daha sürətli qaça biləcəyini və 9,4 saniyəlik nəticəyə çata biləcəyini bildirib.
Atlet 2017-ci ildə karyerasını başa vursa da, 9,58 saniyəlik dünya rekordu hələ də qüvvədədir.