#Nüvə kabusu: Three Mile Island qəzasından alınan acı dərslər.

28 mart 1979-cu il, saat səhər 04:00 - da ABŞ-nin Pensilvaniya ştatındakı "Three Mile Island" AES-in 2-ci blokunda təzyiq klapanının bağlanmaması ilə ABŞ tarixinin ən qorxulu nüvə sınağı başladı. Radiasiya ilə çirklənmiş soyutma suyunun binalara sızması və reaktorun nüvəsinin həddindən artıq qızması bölgəni böyük bir fəlakətin astanasına gətirdi.