Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Ötən il qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9%-ə yaxın artıb

    7 Yanvar 2026 16:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ötən il qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9%-ə yaxın artıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    2025-ci il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 353,5 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 853,5 milyon manat çoxdur.

    AzerVoice dövlət xidmətinə istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə vergi daxilolmaları 545,5 milyon manat və ya 3,5 faiz artıb.

    Qeyri-neft-qaz sektorundan daxilolmalar 12 milyard 6 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 336,1 milyon manat vəsait ödənilib. Əvvəlki ilə nisbətən bu sektordan vergi daxilolmaları 978,7 milyon manat və ya 8,9 faiz artıb.

    Ödənilən vergilərin 73,4 faizi qeyri-neft-qaz sektorunun, 26,6 faizi isə neft-qaz sektorunun payına düşüb.

    2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 6 milyard 448,3 milyon manat olub. Bu mənbədən daxilolmalar 2024-cü illə müqayisədə 11,9 faiz və ya 684,9 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 12,2 faiz artaraq 4,3 milyard manata yaxın təşkil edib.

    İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü illə müqayisədə 10,0 faiz artıb və 228,9 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 faiz artaraq 173,3 milyon manatdan çox təşkil edib.

    İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2024-cü ilə nisbətən 10,5 faiz artıb və 1,1 milyard manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,0 faiz artaraq 793,4 milyon manatdan artıq təşkil edib.

    AZ: dövlət büdcəsi vergi yığımları 2025, qeyri-neft-qaz vergi artımı, sosial sığorta haqları statistikası RU: налоговые поступления Азербайджан 2025, ненефтяной сектор налоги, соцстрах взносы EN: Azerbaijan tax revenues 2025, non-oil tax collections, social insurance contributions TR: Azerbaycan vergi gelirleri 2025, petrol dışı sektör vergi artışı, sosyal sigorta primleri
    2025-ci ildə Azərbaycan dövlət büdcəsinə vergi daxilolmaları nə qədər olub; Dövlət Vergi Xidməti proqnozdan artıq vergi yığımları; qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artım səbəbləri; sosial sığorta haqları üzrə daxilolmalar 2025; işsizlikdən sığorta haqları statistikası; icbari tibbi sığorta haqları qeyri-büdcə təşkilatları

    #dövlət büdcəsinə vergi daxilolmaları #Dövlət Vergi Xidməti 2025 #vergi proqnozu artıqlaması #qeyri-neft-qaz sektoru vergiləri #neft-qaz sektoru vergi payı #məcburi dövlət sosial sığorta haqları #işsizlikdən sığorta haqları #icbari tibbi sığorta haqları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub.

    29 İyun 2026 18:53

    Azərbaycandan tranzitlə Ermənistana buğda göndəriləcək

    27 İyun 2026 21:01

    Səudiyyənin Azərbaycan ilə ticarət həcmi açıqlanıb

    27 İyun 2026 17:50

    BƏƏ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq strateji tərəfdaşlığa çevrilib – Səfir

    26 İyun 2026 14:58

    İİB Azərbaycanda islam maliyyəsinin inkişafını dəstəkləməyə sadiqdir

    26 İyun 2026 11:56

    AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub

    26 İyun 2026 10:51

    Azərbaycan şirkətlərinin Türkiyəyə sərmayəsi 200 milyon lirəni ötüb (ÖZƏL)

    25 İyun 2026 11:56

    Bakıda Biznes Liderləri Zirvəsi keçirildi: Liderlik, innovasiya və süni intellekt əsas müzakirə mövzuları oldu

    24 İyun 2026 12:15

    Türkiyə turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

    19 İyun 2026 17:36

    Azərbaycanın qeyri-neft sektoru investisiya cəlbediciliyinin əsas drayverinə çevrilib - Mikayıl Cabbarov

    19 İyun 2026 16:35

    Mikayıl Cabbarov İİB Qrupu Toplantılarının nəticələrini açıqlayıb

    19 İyun 2026 16:27

    ARDNF-nin İcraçı direktoru Romada keçirilən "FII Priority Europe" Forumunda iştirak edib

    19 İyun 2026 15:50
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanı və Çin iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

    Ərdoğan Kaya Kallası qəbul edib

    Türkiyədə yol qəzasında yaralanan əsgər şəhid oldu

    Şuşada mühüm sənəd imzalandı

    Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi

    Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir

    Türk Mədəniyyəti və İrsi Fondundan türk dünyasının ortaq akademik məkanına böyük dəstək: Bakıdakı konfransdan mühüm mesajlar

    ABŞ memoranduma əməl edərsə, İran da öhdəliklərini yerinə yetirəcək - Pezeşkian

    Fələstinli sahibkarların Türkiyəyə marağı artır (ÖZƏL)

    Çin şirkətlərinin Türkiyəyə sərmayəsi 330 milyon lirəni ötüb (ÖZƏL)

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.