İqtisadiyyat

30 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) fəaliyyəti beynəlxalq arenada müsbət qiymətləndirilməkdə davam edir. Qurumun qlobal qiymətləndirmə sisteminə verdiyi töhfələr nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Bu çərçivədə Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (IVSC) sədri Nick Talbot AQC-nin sədri Vüqar Oruca rəsmi məktub ünvanlayıb.

Mikromaliyyə sektoru ilə kapital bazarı iştirakçılarını bir araya gətirən ilk investor forumu Bakıda baş tutub. Tədbir bank olmayan kredit təşkilatları ilə investorlar arasında birbaşa dialoqun qurulmasına və investisiya imkanlarının genişləndirilməsinə həsr olunub. 29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjası, Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiasiyasının birgə təşkilatçılığı ilə “Kapital Bazarlarına Çıxış: 1-ci İnvestor Mikromaliyyə Forumu” keçirilib.

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir.

29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Sözügedən istiqrazlara 5 dekabr 2025-ci il tarixində ticarətə icazə verilmiş, lakin emitent tərəfindən müəyyən edilmiş müddət ərzində ticarət həyata keçirilmədiyindən həmin icazənin qüvvədə olma müddəti başa çatmışdır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “İlin iqtisadçı-eksperti” mükafatına layiq görülüb. Biznes Mərkəzinin təşkil etdiyi "İlin qala gecəsi"ndə mükafat rəsmi şəkildə Vüqar Oruca təqdim olunub. Tədbirdə iqtisadiyyat, biznes və maliyyə sahəsində tanınmış nümayəndələr, ekspertlər və ictimaiyyət təmsilçiləri iştirak ediblər. Qeyd edək ki, Vüqar Oruc uzun illərdir iqtisadiyyat və qiymətləndirmə sahəsində fəaliyyət göstərir. O, daşınmaz əmlakın qiymətləndirilməsi, investisiya mühiti, bazar təhlilləri və iqtisadi proseslərin şərhi üzrə ixtisaslaşmış mütəxəssisdir.

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən İraqa xalça ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz artaraq, 297 milyon 565 min 5 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında İraqa xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 20 milyon 933 min 16 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub.