İqtisadiyyat

2026-ci ilin yanvar ayında Türkiyənin Muğla Milas Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 108 min 763 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 4 faiz artaraq, 104 min 214 nəfər, beynəlxalq reyslər üzrə isə dəyişməyərək 4 min 549 nəfər təşkil edib.

Keçən ilin dekabr ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 17,6 faiz artaraq 1 milyard 308 milyon 227 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – dekabr ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, 2024-cü ilin analoji dövri ilə müqayisədə 4,5 faiz artaraq, 73 milyard 32 milyon 987 min dollar olub. “Keçən ilin dekabr ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq 1 milyard 441 milyon 420 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

BAKI, AzerVoice — Bakı Fond Birjasında (BFB) "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac 12 fevral 2026-cı il tarixində uğurla başa çatıb. AzerVoice xəbər verir ki, ticarət nəticələri birjanın listinq qaydalarına cavab verdiyindən, bu istiqrazlar Standart Bazar Listinq seqmentinə alınıb. Hərracın əsas göstəriciləri Cəmi 1,000,000 ABŞ dolları həcmində olan emissiya üzrə sifarişlər tam həcmdə reallaşdırılıb. Hərracın nəticələri aşağıdakı kimidir: İnvestor sayı: 53 Buraxılış həcmi: 1,000,000 ABŞ dolları İllik gəlirlilik: 9% İstiqrazın qiyməti: 100 ABŞ dolları Ödəniş və tədavül müddəti Tədavül müddəti 24 ay olan bu faizli və təmin edilməmiş istiqrazlar üzrə gəlirlər hər 3 təqvim ayından bir investorlara ödəniləcək. Hərracın anderrayteri qismində “Unicapital İnvestisiya Şirkəti” ASC çıxış edib. İnvestorlar emissiya prospekti ilə bağlı daha ətraflı məlumatı Bakı Fond Birjasının rəsmi internet səhifəsindən əldə edə bilərlər.