2026-cı ilin yanvar ayında İtaliyadan Türk limanlarına 3 milyon 313 min 159 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər İtaliyadan Türkiyə limanlarına 295 min 6 ton yük daşınıb. “Bu ilin yanvar ayında İtaliyadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 941 min 699 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.
İqtisadiyyat
2026-ci ilin yanvar ayında Türkiyənin Muğla Dalaman Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 89 min 53 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 79 min 429 nəfər, beynəlxalq reyslər üzrə isə 13 faiz artaraq 9 min 624 nəfər təşkil edib.
Azərbaycan Respublikasında rəqəmsal xidmətlər göstərən qeyri-rezident şirkətlərin vergiyə cəlb olunması mexanizminin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər təklif olunub.
Azərbaycan Mərkəzi Bankı (AMB) 12 fevral tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
Keçən ilin dekabr ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 15,6 faiz artaraq 7 milyard 966 milyon 612 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – dekabr ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, 2024-cü ilin analoji dövri ilə müqayisədə 4,5 faiz artaraq, 73 milyard 32 milyon 987 min dollar olub.
Tədbir Türkiyə Respublikası Ticarət Nazirliyinin koordinasiyası, Türkiyə İxracatçılar Assambleyası (TİM) tərəfindən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq çərçivəsində, Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB)-in tərəfdaşlığı ilə təşkil olunur.
Keçən ilin dekabr ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 6,1 faiz azalaraq 1 milyard 27 milyon 339 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – dekabr ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, 2024-cü ilin analoji dövri ilə müqayisədə 1,6 faiz azalaraq, 10 milyard 920 milyon 803 min dollar olub.
2026-cı ilin yanvar ayında Türkiyə limanları 4 min 43 gəmi qəbul edib. “Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 401 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 642 olub.”, - deyə nazirlikdən bildirilib. Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Türkiyə limanları 32 milyon 510 min 593 ton yük qəbul edib.
11 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2594024708 dövlət qeydiyyat nömrəli 10,000,000 manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
11 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2593024709 dövlət qeydiyyat nömrəli 2,500,000 manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Bu barədə Bakı Fond Birjasından məlumat verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 13-də fevral ayının pensiyalarının ödənişinə başlayacaq. Bildirilir ki, cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar bu artımlarla birgə və yanvar ayının artımı da əlavə olunmaqla veriləcək. Qrafikə uyğun olaraq həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödəniləcək.
2026-ci ilin yanvar ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 978 min 647 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 18 faiz artaraq, 689 min 814 nəfər, beynəlxalq reyslər üzrə isə 14 faiz artaraq 288 min 833 nəfər təşkil edib.