25 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2603024707 dövlət qeydiyyat nömrəli 10,000,000 manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Notlar üzrə məlumat aşağıdakı kimidir:
İqtisadiyyat
Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti yanacaq partiyası göndəriləcək. Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.
2026-ci ilin yanvar ayında Türkiyədən Fransaya avtomobil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 311 milyon 35 min 96 dollara bərabər olub. Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artaraq, 3 milyard 61 milyon 673 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 41 milyard 584 milyon 298 min dollar məbləğində avtomobil ixrac edib.
2026-ci ilin yanvar ayında Türkiyədən Özbəkistana sement ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 60 faiz artaraq, 924 min 47 dollara bərabər olub. Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalaraq, 317 milyon 552 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 4 milyard 499 milyon 565 min dollar məbləğində sement ixrac edib.
Xırdalanda vətəndaşların əmlak, vergi, sahibkarlığın inkişafı və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb. İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Abşeron rayonunda vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Azərbaycanda pambıqçılıq sənayesinin inkişafına həsr edilmiş görüşdə bu sahədə çağırışlar və onların həlli ilə bağlı fikir mübadiləsi aparılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, aidiyyəti dövlət qurumlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə "Azərbaycanda pambıqçılıq sənayesinin inkişafı" mövzusunda onlayn görüş keçirilib.
25 və 26 fevral 2026-cı il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
2026-ci ilin yanvar ayında Türkiyədən İrana hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 74,9 faiz azalaraq, 736 min 32 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 1 milyard 340 milyon 771 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 16 milyard 699 milyon 252 min dollar məbləğində hazır geyim ixrac edib.
2026-ci ilin yanvar ayında Türkiyədə Misir kapitalı ilə 11 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 7 milyon 575 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 2 milyon 400 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (9) qeydiyyata alınıb.
2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib ki, indiyə qədər Yevlax Pilot Aqroparkına 59,4 milyon manatlıq investisiya yönəldilib.
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, Ağdam Sənaye Parkına indiyə qədər 145,8 milyon manat investisiya yatırılıb.
2026-ci ilin yanvar ayında Türkiyədən Qazaxıstana hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,7 faiz azalaraq, 4 milyon 927 min 31 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 1 milyard 340 milyon 771 min dollara bərabər olub.