2026 -cı ilin yanvar ayında Türkmənistandan Türkiyəyə 15 min 468 turist səfər edib ki, bu da 2025-ci ilin yanvarı ilə müqayisədə 25,17 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı 0,69 faiz təşkil edib. Nazirliyin məlumatında qeyd edilir ki, 2026-cı ilin yanvarında Türkiyəyə 2 milyon 246 min 639 turist səfər edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 3,48 faiz çoxdur.
İqtisadiyyat
26 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2600024700 dövlət qeydiyyat nömrəli 2,500,000 manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
26 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2602024708 dövlət qeydiyyat nömrəli 10,000,000 manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
2026-ci ilin yanvar ayında Türkiyədən Misirə polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 70,9 faiz artaraq, 49 milyon 14 min 8 dollara bərabər olub. Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azalaraq, 1 milyard 84 milyon 607 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 16 milyard 381 milyon 111 min dollar məbləğində polad ixrac edib.
2026 -cı ilin yanvar ayında Özbəkistandan Türkiyəyə 45 min 899 turist səfər edib ki, bu da 2025-ci ilin yanvarı ilə müqayisədə 10,25 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 2,04 faiz təşkil edib. Nazirliyin məlumatında qeyd edilir ki, 2026-cı ilin yanvarında Türkiyəyə 2 milyon 246 min 639 turist səfər edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 3,48 faiz çoxdur.
11 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan AZ2043021024 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 25.02.2026-cı il tarixində yekunlaşmışdır. Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın 3.19 bəndinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınmır.
2026-ci ilin yanvar ayında Türkiyədən Çinə hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz azalaraq, 4 milyon 139 min 15 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 1 milyard 340 milyon 771 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 16 milyard 699 milyon 252 min dollar məbləğində hazır geyim ixrac edib.
İqtisadiyyat Nazirliyində təşkil edilmiş “Samsung E&A Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşdə birgə fəaliyyət perspektivləri müzakirə olunub, SOCAR və “Samsung E&A Co., Ltd.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Fevralın 25-də Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Natali Mouravidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fevral ayı üzrə sosial ödənişlərin tam şəkildə həyata keçirilməsi üçün son tarix açıqlanıb. Bildirilib ki, ödənişlər müəyyən olunmuş qrafikə uyğun şəkildə vətəndaşların bank hesablarına köçürülür. Sosial təminat tədbirləri çərçivəsində əhalinin həssas qruplarının vaxtında maliyyə dəstəyi ilə təmin edilməsi prioritet olaraq qalır
25 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2601024709 dövlət qeydiyyat nömrəli 2,500,000 manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
2026-ci ilin yanvar ayında Türkiyədən Qırğızıstana mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 55,5 faiz artaraq, 626 min 53 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalaraq, 562 milyon 428 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 7 milyard 940 milyon 45 min dollar məbləğində mebel ixrac edib.