#Nəqliyyat və İnfrastruktur Nazirliyi

2026-cı ilin iyun ayında Türkiyə limanlarında qəbul edilən yüklərin ümumi həcmi 46 milyon 915 min 914 ton təşkil edib. Nazirliyin məlumatına görə, hesabat dövründə Türkiyə bayrağı altında üzən gəmilər vasitəsilə limanlara daşınan yüklərin həcmi 1 milyon 967 min 167 ton olub. Bununla yanaşı, digər ölkələrin bayraqları altında fəaliyyət göstərən gəmilər vasitəsilə Türkiyə limanlarına 31 milyon 860 min 937 ton yük gətirilib.