#işgüzar şura

AZPROMO və Tacikistanın Ticarət və Sənaye Palatası arasında keçirilən görüşdə ticarət və investisiya sahələrində potensial birgə təşəbbüslər müzakirə olunub. Görüş zamanı iki ölkə biznes dairələri arasında birbaşa təmasların gücləndirilməsi, qarşılıqlı ticarətin artırılması və Azərbaycan–Tacikistan İşgüzar Şurasının yaradılması planları müzakirə edilib. Azərbaycan məhsullarının, o cümlədən halal məhsulların Tacikistana və üçüncü ölkələrə ixrac potensialı yüksək qiymətləndirilib. Həmçinin, növbəti dövrdə sərgilərin təşkili və beynəlxalq ticarət tədbirlərində birgə iştirak imkanları nəzərdən keçirilib. Mayın 21-də imzalanmış Anlaşma Memorandumu ilə İşgüzar Şuranın yaradılması Azərbaycan və Tacikistan sahibkarları arasında investisiyaların, ixracın və elektron ticarətin inkişafına töhfə verəcək.

Azərbaycan ilə Suriya arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan–Suriya İşgüzar Şurasının yaradılması nəzərdə tutulur. Təşəbbüs iki ölkə arasında işgüzar əməkdaşlığın institusional əsasda inkişaf etdirilməsinə, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsinə və biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasına xidmət edəcək.