#Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM)

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Binance” şirkətinin birgə təşkilatçılığı ilə “Baku Learning Lab” təlimi uğurla həyata keçirilib. “Baku Learning Lab” çərçivəsində iştirakçılar blokçeyn, veb3, treydinq alətləri və kripto bazarının əsas mexanizmləri barədə praktiki biliklər əldə ediblər. Canlı təlim sessiyaları zamanı real nümunələr əsasında təqdimatlar keçirilib və iştirakçıların sualları cavablandırılıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib. 4SİM-in icraçı direktoru Fariz Cəfərov 2025-ci ildə qurumun sənaye müəssisələrinin rəqəmsal transformasiyası, innovativ inkişafın təşviqi və insan resurslarının rəqəmsal bacarıqlarının inkişafı və digər istiqamətlərdə fəaliyyəti barədə məlumat verib.

“Sənaye 4.0 Hazırlıq” Proqramı çərçivəsində 15 müəssisədə texnoloji və dayanıqlı inkişaf üzrə hazırlıq səviyyəsi qiymətləndirilib. Qiymətləndirmə nəticəsində müəssisələrin texnoloji transformasiya və dayanıqlı inkişaf üzrə hazırlıq səviyyələri təhlil edilib. Proses ərzində yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə müəssisələrin hər birində yerində qiymətləndirmələr aparılıb. İstehsal prosesləri, əməliyyatların idarə edilməsi, texnoloji infrastruktur, avtomatlaşdırma səviyyəsi və rəqəmsallaşma göstəriciləri qeydə alınıb. Bununla yanaşı, müəssisələrdə enerji səmərəliliyi, resursların idarə olunması, tullantıların optimallaşdırılması, sosial məsuliyyət və korporativ idarəetmə sahələri üzrə mövcud vəziyyət araşdırılıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova arasında görüş keçirilib. Görüşdə AzMİU-da həyata keçirilən tədris, elmi-tədqiqat və innovasiya fəaliyyəti, eləcə də universitetdə aparılan rəqəmsallaşma təşəbbüsləri barədə məlumat verib. AzMİU nəzdində yaradılan “Süni İntellekt Mərkəzi”nin tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin əlaqələndirilməsində rolu qeyd edilib.