Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

    4 Fevral 2026 17:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    “Sənaye 4.0 Hazırlıq” Proqramı çərçivəsində 15 müəssisədə texnoloji və dayanıqlı inkişaf üzrə hazırlıq səviyyəsi qiymətləndirilib.

    AzerVoice xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirlən “Sənaye 4.0 Hazırlıq” Proqramına qoşulan 15 müəssisədə qiymətləndirilmə prosesi başa çatıb.

    Qiymətləndirmə nəticəsində müəssisələrin texnoloji transformasiya və dayanıqlı inkişaf üzrə hazırlıq səviyyələri təhlil edilib. Proses ərzində yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə müəssisələrin hər birində yerində qiymətləndirmələr aparılıb. İstehsal prosesləri, əməliyyatların idarə edilməsi, texnoloji infrastruktur, avtomatlaşdırma səviyyəsi və rəqəmsallaşma göstəriciləri qeydə alınıb. Bununla yanaşı, müəssisələrdə enerji səmərəliliyi, resursların idarə olunması, tullantıların optimallaşdırılması, sosial məsuliyyət və korporativ idarəetmə sahələri üzrə mövcud vəziyyət araşdırılıb.

    Qiymətləndirmə nəticələrinə əsasən biznes subyektlərinə transformasiya üzrə fərdi yol xəritələri təqdim edilib. Yol xəritələrinin icrası müəssisələrin daha çevik, məlumatlara əsaslanan və dayanıqlı istehsal mühitinə keçidini sürətləndirəcək.

    “Sənaye 4.0 Hazırlıq” Proqramı İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün strategiya” çərçivəsində “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” tədbiri çərçivəsində həyata keçirilir. Bu proqram Azərbaycan sənayesində texnoloji transformasiyanın təşviqi, innovasiya əsaslı istehsal modellərinin tətbiqi, əməliyyat səmərəliliyinin yüksəldilməsi və rəqəmsallaşma imkanlarının genişləndirilməsi məqsədi daşıyır. Proqrama qoşulan müəssisələr beynəlxalq metodologiya əsasında qiymətləndirilir və bu müəssisələrin hər biri üçün inkişafla bağlı fərdi yol xəritəsi hazırlanır. Yol xəritələrinin icrası zamanı ekspert və maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.

    Qeyd edək ki, proqrama metallurgiya, tikinti materialları, qida sənayesi, yüngül sənaye və pərakəndə ticarət sahələrində fəaliyyət göstərən 15 müəssisə qoşulub. Proqram iştirakçıları sırasında “STP Aluminium”, “Azəralüminium”, “Norm Sement”, “Unimetal”, “Ulduz” şokolad fabriki, “Sun Tea”, “Azəri Taxıl”, “Azərsüd”, “OBA” və “Araz” marketlər şəbəkələri, həmçinin “KonstraLab Industries”, “Azertexnolayn” və digər müəssisələr yer alır.

    Daha əvvəl proqramın pilot mərhələsində iştirak etmiş “METAK”, “Azerfloat” və “STP Global Cable” şirkətləri hazırda yol xəritələrinin icrasını həyata keçiririlər.

    4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib
    4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib
    4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib
    4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib
    4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib
    #Azərbaycan #İqtisadiyyat Nazirliyi #Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    "Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı

    25 Avqust 2026 23:32

    Aleksandr Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    25 Avqust 2026 21:29

    Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    25 Avqust 2026 21:22

    TÜİB-in yeni baş katibi Nedim Kaya Türkiyənin Azərbaycandakı Səfiri Birol Akgünlə görüşüb

    25 Avqust 2026 18:20

    Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb

    25 Avqust 2026 16:32

    Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova

    24 Avqust 2026 18:27

    Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək - Paşinyan

    24 Avqust 2026 13:45

    Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır - Hikmət Hacıyev

    23 Avqust 2026 14:58

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    22 Avqust 2026 21:19

    Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq sənədləri imzalanıb

    22 Avqust 2026 18:36

    Daşkənddə Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu keçirilib

    22 Avqust 2026 14:57

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45
    XƏBƏR LENTİ

    Nikson və Kissincerin günahı - Amerika taxtını təhdid edən nəhəng qüvvəni necə azad etdi?

    Diplomatik dönüşlər və hərbi toqquşmalar -26 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 26 Avqust

    "Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı

    İran və Qətər bölgədə gərginliyin azaldılması yollarını müzakirə edib

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    Səudiyyə Yəməndə mina təmizləmə əməliyyatları aparır - 1 836 partlayıcı zərərsizləşdirildi

    ABŞ–Kanada ticarət qarşıdurması kəskinləşir - Kanada dolları bahalaşıb

    Anthropic 30 trilyon dollarlıq bazar hesablamasını nəyə əsaslandırır?

    İrana qarşı birtərəfli məhdudiyyətləri qanuni hesab etmirik - Çin

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.