Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    COP29 Azərbaycanın sədrliyi ilə diplomatik korpus üzvləri üçün növbəti brifinq keçirildi

    7 Sentyabr 2024 13:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    COP29 Azərbaycanın sədrliyi ilə diplomatik korpus üzvləri üçün növbəti brifinq keçirildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Sentyabrın 6-da COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 konfransına hazırlıq prosesi və tədbir planlarına dair Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri üçün ikinci brifinqini keçirib. Bu barədə COP29 Azərbaycan ƏŞ-nin mətbuat ofisindən məlumat verilib.

    COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən   AzerVoice-ə verilən məlumata görə, brifinqdə COP29 Azərbaycan ƏŞ-nin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini Ramin Tağıyev, həmçinin Bakıda rəsmi səfərdə olan UNFCCC Konfrans İşləri Şöbəsinin Direktoru Wasim Mir və BMT-nin Təhlükəsizlik departamentinin nümayəndəsi Kevin O’Hanlon iştirak ediblər. Hibrid formatda təşkil edilən interaktiv brifinqə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbər nümayəndələri ilə yanaşı, ölkəmizdə akkreditə olunmuş və xarici ölkələrdə yerləşən diplomatik korpusun nümayəndələri də daxil olmaqla ümumilikdə 150-dən artıq diplomat qoşulub.

    Brifinqdə geniş təqdimatla çıxış edən COP29 Azərbaycan ƏŞ-nin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova COP prosesinin təqviminə daxil edilən başlıca tədbirlər, fərqli istiqamətlərdə aparılan intensiv hazırlıq işləri, konfransın keçiriləcəyi Bakı Stadionunda COP29 müxtəlif məqsədlər üzrə ərazi bölgüsü və müvafiq infrastrukturun qurulması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verib. COP29 zamanı bütün rəsmi tədbirlərin keçiriləcəyi məkan olan Mavi Zonanın, eləcə də müxtəlif tərəfləri innovativ iqlim yanaşmaları üçün bir araya gətirəcək Yaşıl Zonanın qurulması üzrə irəliləyişlər barədə ətraflı məlumat verilərək, işlərin plana uyğun şəkildə davam etdirildiyi bildirilib.

    Brifinqə qatılan diplomatların diqqətinə çatdırılıb ki, COP29-da iştirakın təşkilati tərəfinin səmərəli və rəvan şəkildə təmin edilməsi üçün bir sıra addımlar atılıb. Belə ki, UNFCCC tərəfindən icra edilən konfransa qeydiyyat prosesi, son dövr ərzində istifadəyə verilmiş COP29 xüsusi viza xidmətinin istifadəyə verilməsi, media nümayəndələrinin akkreditasiyası, radioelektron avadanlıqların qeydiyyatdan keçirilməsi və müvəqqəti radiospektrin ayrılması, COP29 Yaşıl Zonasında tədbirlərin təşkili üçün təmin olunmuş infrastruktur və məkanların rezervasiyası, tərcümə xidmətinin rezervasiyası üçün bir sıra müxtəlif portalların fəaliyyəti ətraflı izah edilib.

    Qlobal əhəmiyyətli konfransda iştirak üçün Bakıya səfər edəcək minlərlə beynəlxalq nümayəndənin müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi məqsədilə tətbiq ediləcək nəqliyyat, qonaqlama və qidalanma istiqamətində görülmüş işlər və nəzərdə tutulan əlavə tədbirlər brifinq iştirakçılarının diqqətinə çatdırılmışdır. Qeyd edilmişdir ki, intensiv şəkildə davam edən əməliyyatların bütün fazalarında ƏŞ-nin ana hədəflərindən biri ekoloji təsirləri və karbon ayaq izinin yolverilən minimumda saxlanılmasıdır.

    Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini Ramin Tağıyev COP29 çərçivəsində təşkil ediləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak üçün Bakıya səfər edəcək dövlət və hökumət rəhbərləri və rəsmi heyətlərinə şamil olunan imtiyazlar, qarşılama, yerləşdirilmə və nəqliyyat məsələlərində yer alan protokol məqamlarına toxunub. O Heydər Əliyev adına Beynəlxalq Aeroportun tədbir zamanı fəaliyyət sxemi, şəhərdaxili nəqliyyatın təmin edilməsi, eləcə də Dünya İqlim Fəaliyyəti Sammitinin gündəliyi haqqında diplomatları məlumatlandırılıb.

    Tədbir əyani və onlayn qaydada iştirak edən nümayəndələri maraqlandıran məsələlər ətrafında canlı müzakirə və sual-cavab sessiyası ilə davam edib.

    COP29 Azərbaycanın sədrliyi ilə diplomatik korpus üzvləri üçün növbəti brifinq keçirildi
    #Azərbaycan #COP-29
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Autizmli uşaqlar arasında stolüstü tennis turniri keçirilib

    17 İyun 2026 14:59

    Azərbaycan-Koreya əməkdaşlığının inkişafı müzakirə olunub

    17 İyun 2026 13:54

    Özbəkistana etibarlı və perspektivli tərəfdaş kimi beynəlxalq maraq artır - Əli Əsədov

    17 İyun 2026 10:23

    Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə olunub

    16 İyun 2026 20:55

    Azərbaycan və Çad iqtisadi əməkdaşlığı dəyərləndirilib

    16 İyun 2026 20:32

    Azərbaycan və Türk İnvestisiya Fondu arasında investisiya perspektivləri müzakirə olunub

    16 İyun 2026 19:43

    Bakıda halal iqtisadiyyat üzrə regional inteqrasiya imkanları müzakirə olunub

    16 İyun 2026 19:22

    Milli Məclisin komissiyası Fransanın Azərbaycana qarşı hibrid təhdidləri ilə bağlı bəyanat yayıb

    16 İyun 2026 18:14

    IsDB Azərbaycanda “yaşıl” artıma fokuslanır

    16 İyun 2026 16:51

    Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü

    16 İyun 2026 16:34

    Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib

    16 İyun 2026 12:07

    Bakı 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək: 1500-dən çox iştirakçı gözlənilir

    15 İyun 2026 22:17
    XƏBƏR LENTİ

    Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib

    İran artıq 99 faiz nüvə silahı düzəldə bilməyəcək - Donald Tramp

    Prezident İlham Əliyev Məhəmməd Süleyman Əl-Casiri “Dostluq” ordeni ilə təltif edib

    Autizmli uşaqlar arasında stolüstü tennis turniri keçirilib

    İran mediası: ABŞ-la razılaşmanın mətni cümə gününə qədər gizli saxlanılacaq

    Tanınmış vəkilin qızının öldüyü qəzanın görüntüləri

    Azərbaycan-Koreya əməkdaşlığının inkişafı müzakirə olunub

    MİT İŞİD-in sözdə Türkiyə media məsulunu zərərsizləşdirdi

    İran şərtləri yerinə yetirsə, böyük maliyyə yardımı alacaq - Mark Karni

    Ağ Evdə UFC turnirinə qanlı suiqəsd planı: FTB 5 terrorçunu gizli əməliyyatla yaxaladı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.