Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Azərbaycan Türkiyəyə qaz tədarüklərinin həcminə görə yenə liderdir

    29 İyul 2024 17:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan Türkiyəyə qaz tədarüklərinin həcminə görə yenə liderdir
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Azərbaycan ardıcıl ikinci ay Türkiyəyə qaz tədarüklərinin həcminə görə lider olub.

    AzerVoice bu barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) dərc etdiyi məlumatlara istinadən xəbər verir.

    Belə ki, ölkə 2024-cü ilin may ayında Türkiyəyə təbii qaz ixracını artıraraq, keçən ilin analoji dövrü ilə müqayisədə 9,24 faiz artım əldə edib.

    İxrac 2023-cü ilin mayında 923,23 milyon kubmetrdən təxminən 1,009 milyard kubmetrə çatıb.

    Beləliklə, Azərbaycan hesabat dövründə Türkiyəyə ən çox təbii qaz ixrac edən ölkə olub.

    İkinci yerdə Rusiya qərarlaşıb. Belə ki, ölkə 734,41 milyon kubmetr təbii qaz ixrac edib ki, bu da 2023-cü ilin may ayı ilə müqayisədə 28,26 faiz azalma deməkdir.

    İran 593,49 milyon kubmetr təbii qaz ixracı ilə üçüncü yerdə qərarlaşıb ki, bu da 2023-cü ilin may ayı ilə müqayisədə (885,01 milyon kubmetr) 32,94 faiz azalma deməkdir.

    Bütünlükdə Türkiyə qaz idxalını 2023-cü ilin may ayındakı 3,692 milyard kubmetrlə müqayisədə 21,94 faiz azaltmaqla 2024-cü ilin mayında təxminən 2,882 milyard kubmetrə salıb.

    Boru kəməri qazının idxalı 17,49 faiz azalaraq 2 milyard 336 milyon kubmetr, maye təbii qaz (MTQ) idxalı isə 36,56 faiz azalaraq 545,86 milyon kubmetr olub.

    #Türkiyə #Azərbaycan #qaz tədarükü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb

    16 İyul 2026 10:58

    Azərbaycan və UN-Habitat saziş imzaladı

    16 İyul 2026 10:48

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30

    Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yollanıb

    16 İyul 2026 09:19

    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb

    15 İyul 2026 18:50

    Azərbaycan XİN vətəndaşlara xəbərdarlıq etdi: Riskli bölgələrdə işləməyin

    15 İyul 2026 15:45

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    15 İyul 2026 14:56

    Hakan Fidan Ukraynaya gedəcək

    15 İyul 2026 13:22

    Azərbaycan 15 iyulda, o qaranlıq gecədə qardaşlığını nümayiş etdirdi - Birol Akgün

    15 İyul 2026 11:34
    XƏBƏR LENTİ

    Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.