BAKI, AzerVoice
2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına kimyəvi maddə ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,2 faiz artaraq, 5 milyon 46 min 26 dollara bərabər olub.
Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin fevral ayında Türkiyə 2 milyon 495 min 6 dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 4,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 30 milyon dollar məbləğində kimyəvi maddə ixrac edib.