Bakı. AzerPress:
Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında İrana hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz artıraraq 23 milyon dollara çatdırıb.
Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Dekabr ayında Türkiyə İrana hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 11,2 faiz azaldaraq 1,8 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalaraq, 19,3 milyard dollara bərabər olub.
2023-cü ilin dekabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 14,6 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 19,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.