Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Mədəniyyət
    Mədəniyyət

    Avstraliyanın Sidney, Melburn və Brizben şəhərlərində "Azərbaycan film gecəsi” keçirilib

    20 Dekabr 2023 10:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Avstraliyanın Sidney, Melburn və Brizben şəhərlərində "Azərbaycan film gecəsi” keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    Azərbaycanın Avstraliyadakı səfirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə ilk dəfə olaraq Avstraliyanın Sidney, Melburn və Brizben şəhərlərində "Azərbaycan film gecəsi” keçirilib.

    Səfirlikdən AzerPress-ə bildirilib ki, noyabrın 30-dan dekabrın 15-dək Avstraliyanın iri şəhərlərində "Azərbaycan film gecəsi”ndə Azərbaycan və Avstraliya arasında dərin mədəniyyət körpüsünü simvolizə edən "Əli və Nino” filmi nümayiş etdirilib.

    Yerli ictimaiyyətin, incəsənət adamlarının, diplomatların və bu ölkədə yaşayan soydaşlarımızın fəal iştirak etdikləri Sidney premyerasının açılışında çıxış edən Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Vaqif Cəfərov dünyanın bir sıra ölkələrində nümayiş etdirilən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu "Əli və Nino" filminin Azərbaycan xalqının milli azadlıq mübarizəsinə işıq salan ən dəyərli ekran əsərləri sırasında özünə layiqli yer qazandığını bildirib.

    Diplomat “Əli və Nino” filminin nümayişinin iki ölkənin mədəni əlaqələrində xüsusi yer tutduğunu, filmin Azərbaycan tarixi və mədəniyyəti haqqında maraqlı məqamları təqdim etməklə tamaşaçıda xalqımızın keçmişi, mədəni zənginliyi barədə geniş təəssürat yaradacağına əminliyini ifadə edib.

    V.Cəfərov qeyd edib ki, Avstraliyada yaşayan azərbaycanlı həmvətənlərimizin film gecələrinin təşkilində yaxından iştirak etməsi əlamətdar hadisədir. Onların zəngin Azərbaycan adət-ənənələrini və tarixini xarici ölkələrdə nümayiş etdirmək əzmi bir daha azərbaycanlıların harada yaşamasından asılı olmayaraq milli dəyərlərinə nə qədər sıx bağlılığının göstəricisidir.

    Tədbirin sonunda qonaqlara Qurban Səidin "Əli və Nino" kitabı hədiyyə olunub.

    Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

    #Avstraliya #Azərbaycan film gecəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Misir baş məşqçisi dünya çempionatında qələbəni Fələstinə həsr edib

    4 İyul 2026 18:50

    Məhəmməd Salahdan "Panenka" şousu: Misir Avstraliyanı turnirdən kənarlaşdırdı

    4 İyul 2026 14:00

    Böyük Britaniya, Avstraliya, Kanada, Fransa və Norveç İsrail sakinlərinin zorakılığına qarşı koordinasiyalı addım atıb

    9 İyun 2026 19:26

    Emirates regional gərginliyə baxmayaraq reysləri azaltmayacaq

    9 İyun 2026 19:22

    Xarici işlər nazirləri Livanda gərginliyin artmasına dərin narahatlıq bildirib

    5 İyun 2026 22:18

    Tarixdə bu gün – 9 May

    9 May 2026 00:01

    Avstraliyada təyyarə qəzası baş verib

    29 Aprel 2026 09:58

    Avstraliya Baş naziri Albanizi Yaxın Şərqdəki müharibə ilə bağlı xalqa müraciət edəcək

    1 Aprel 2026 06:39

    Avstraliya Livandakı heyətinə ölkəni tərk etməyi tapşırıb

    13 Mart 2026 12:36

    Avstraliya Rusiya ilə əlaqəsi olan 180 şəxs və təşkilata qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib

    24 Fevral 2026 12:39

    Bu gün ABŞ qoşunları Marşal adalarını ələ keçirdi

    3 Fevral 2026 00:20

    Avstraliyalı döyüşçü UFC titulunu qorudu

    1 Fevral 2026 12:21
    XƏBƏR LENTİ

    Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb

    Orange və Morrison Fransada süni intellekt üçün iri məlumat mərkəzi layihəsinə başlayır

    ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısından daha 84 şəxs və şirkəti çıxarıb

    Maldini və Leonardo İtaliya Futbol Federasiyasındakı vəzifələrindən istefa veriblər

    Tramp Türkiyəni tərifləyib, Ərdoğanı "dost" adlandırıb

    Azərbaycan və Pakistan mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edib

    Putindən Rusiyanın İrana peyk dəstəyi verib-vermədiyini soruşacağam - Tramp

    ABŞ-nin böyük həcmdə sursat ehtiyatı var - Tramp

    ABŞ hazırda İranla danışıqlar aparır - Tramp

    Qətərin Baş naziri və Kanadanın xarici işlər naziri regional gərginliyin azaldılmasını müzakirə ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.