Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Mədəniyyət
    Mədəniyyət

    Natəvanın heykəlinə təhqiramiz münasibəti icra edənlər layiq olduqları cəzaya məhkum edilməlidirlər - İsa Həbibbəyli

    13 Yanvar 2024 09:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Natəvanın heykəlinə təhqiramiz münasibəti icra edənlər layiq olduqları cəzaya məhkum edilməlidirlər - İsa Həbibbəyli
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    Azərbaycanın görkəmli şairəsi və ictimai xadimi Xurşidbanu Natəvana Fransada göstərilən təhqiramiz münasibət bu ölkədə insana və sənətə münasibətdə bütün dəyərlərin itdiyini göstərir. İnsanın ən dərin düşüncələrini yüksək bədii səviyyədə tərənnüm etməklə Xurşidbanu Natəvanın insanlığa göstərdiyi xidmətin müqabilində Fransanın Azərbaycanın qadın şairəsinin heykəlinə bəslədiyi qeyri-insani münasibət bu ölkənin özünü hansı səviyyədə aşağı endirdiyini əyani şəkildə nümayiş etdirir. Hələ XIX əsrdə “Məclisi-üns” kimi ədəbiyyat məclisinə bacarıqla rəhbərlik etmiş qadın şairənin heykəlinin Fransada aşağılanması Viktor Hüqonun vətənində sənət dəyərlərinin də artıq itirildiyini diqqətə çatdırır. Fransız yazıçısı Aleksandr Dümanı Azərbaycanın qədim və gözəl guşələrindən biri olan Qarabağda qonaq edib duz-çörəklə qarşılayan, lütfkarlıq edib onunla şahmat taxtası arxasında əyləşən Xan qızı Xurşidbanu Natəvanla müqayisədə Fransa rəsmiləri tutduqları məqamdan çox kiçik görünürlər. Fransa prezidenti Makronun uğursuz siyasəti fransız xalqını bütün insanlıq və sənət dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdur.

    AzerPress xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli deyib.

    Onun sözlərinə görə, sarı jiletli xalqın nümayəndələrinin Paris şəhərinin küçələrindəki həyəcanlı çıxışları, etiraz əlaməti olaraq atdıqları dağıdıcı addımlar fransız xalqının heç də hamısının Fransa iqtidarı ilə eyni fikirdə olmadıqlarını görməyə tam əsas verir. Deməli, dəyərlərini itirən xalq deyil, ikili standartlarla dünyada artıq etibarı gözdən düşmüş Fransa rəsmiləridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə haqlı olaraq bildirdiyi kimi, “öz-özlüyündə vandalizm aktı olan Natəvanın heykəlinin təhqir edilməsi, onun selofana bükülməsi, ...gücsüzlük və isterikanın özünü heykəldə göstərməsi” Fransa iqtidarının məhkum olduğu “mənəvi deqradasiyanın dibi” deməkdir. Fransanın mənəvi deqradasiyası isə onun siyasi iflasının qarşısıalınmaz bir həddə çatmasının göstəricisidir.

    "İşğalçı Ermənistana verdiyi süni dəstəyin isə erməni xalqı faktorundan istifadə etməklə, bədbəxt erməniləri aldatmaq yolu ilə Fransanın Afrikada itirilmiş mövqelərini Qafqazda bərpa etmək xülyasından başqa bir şey olmadığını dünyada hər kəs, o cümlədən ermənilər də yaxşı başa düşürlər. Fransanın növbəti müstəmləkəçilik planının ifadəsi olan bu səylər isə heç bir Qafqaz ölkəsində, o cümlədən, hətta sadə erməni xalqının iradəsi yetərli olan məqamda heç Ermənistanın özündə də baş tuta bilməz.

    Fransanın hansı mövqe sərgiləməsindən asılı olmayaraq, Xurşidbanu Natəvanın ölməz sənəti özünün yüksək ideya-bədii dəyərlərini qoruyub saxlayır. Xan Qızı Natəvanın XIX əsrdə yüksək zövqlə hazırladığı “Gül dəftəri” adlı rəsmli şeir kitabının nadir əlyazmasının Dünya Yaddaşı Reyestrinə daxil edilərək beynəlxalq miqyasda qəbul edilməsi və qorunması haqqında UNESCO-nun 2023-cü ildə səsvermə yolu ilə qəbul etdiyi qərar Azərbaycan şairəsinin zəngin ədəbi irsinə dünya miqyasında verilmiş böyük qiymətin isbatıdır. Eyni zamanda, Ermənistanın vəhşicəsinə xarabazarlığa çevirdiyi Ağdam şəhərində Xurşidbanu Natəvanın dağıdılmış məzarının, Şuşadakı uçurulmuş sarayının, bulaq abidəsinin və güllələnmiş heykəlinin torpaqlarını işğaldan azad etmiş müstəqil Azərbaycan dövləti tərəfindən yüksək səviyyədə yenidən bərpa edilməsi, həyata qaytarılması ədalətin təntənəsinin bariz nümunəsidir.

    Bu gün Fransa dairələri Xurşidbanu Natəvanın heykəlinə bəslədikləri qeyri-insani təhqiramiz münasibətlə Birləşmiş Millətlər Təşkilatının tərkib hissəsi olan UNESCO-nun da prinsiplərini pozur və orada da etibarını itirir. Hesab edirəm ki, Birləşmiş Millətlər Təşkilatı UNESCO-nun Baş iqamətgahının dünya miqyasında qəbul edilən prinsipləri kobudcasına pozan Fransada yerləşməsi məsələsinə yenidən baxmalıdır.

    Azərbaycan şairəsi və ictimai xadimi Xurşidbanu Natəvanın heykəlinə təhqiramiz münasibəti icra edənlər layiq olduqları cəzaya məhkum edilməlidirlər", - deyə əlavə edib.

    Natəvanın heykəlinə təhqiramiz münasibəti icra edənlər layiq olduqları cəzaya məhkum edilməlidirlər - İsa Həbibbəyli
    #AMEA #Xurşidbanu Natəvan #İsa Həbibbəyli
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Daşkənddə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş seminar keçirilib

    7 Aprel 2026 10:39

    Xəzər dənizində zəlzələ baş verib

    7 Aprel 2026 09:10

    ATU-da Basarkeçərdən olan uğurlu gənclərlə geniş tərkibli görüş keçirilib

    5 Aprel 2026 21:36

    Beynəlxalq səyyahlar Şuşanın tarixi və mədəni irsi ilə tanış olublar

    26 Mart 2026 19:38

    AMEA Ramiz Mehdiyevlə bağlı açıqlama yayıb

    25 Fevral 2026 09:56

    Qərbi Azərbaycan İcması İdarə Heyətinin iclasında 2026-cı il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib

    4 Fevral 2026 09:21

    Naxçıvanda konstitusiya və suverenlik irsi ilə bağlı kitab nəşr edildi

    29 Yanvar 2026 13:35

    Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib

    14 Yanvar 2026 11:49

    AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

    7 Yanvar 2026 17:14

    Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib

    20 Dekabr 2025 14:12

    Ramiz Mehdiyevin dövlətçiliyə qarşı etdiyi əməllər onun akademiyanın üzvlüyündə qalmasına imkan vermir - İsa Həbibbəyli

    12 Dekabr 2025 13:39

    Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir

    10 Dekabr 2025 15:56
    XƏBƏR LENTİ

    Ən yaxşı düyməli telefonlar: 2026-cı ilin reytinqi

    Türk gənclərinin milyard dollarlıq təhsil startapı - Udemy haqqında nə bilirik?

    Bu gün ABŞ gəmisi İsrail tərəfindən hücuma məruz qalıb - 34 amerikalı ölüb, 171 nəfər yaralanıb

    Audi, 1000 at güclü V8 mühərrikli "Nuvolari" superkarı təqdim etdi

    Tarixdə bu gün - 8 İyun

    İran İsrailə hücum edib

    İranın Amazonu olmaq arzusu - Sanksiya mühitində yaranan startaplar

    Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.