#İsa Həbibbəyli

Azərbaycan Respulikası Mədəniyyət Nazirliyinin təşlilatçılığı ilə dekabrın 10-da Heydər Əliyev Mərkəzində "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir. Tədbirin açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, digər rəsmilər, millət vəkilləri, tanınmış mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.