Azərbaycan və Braziliya arasında enerji, mədənçilik, mineral emalı kimi sahələrdə tərəfdaşlıq potensialı dəyərləndirilib. Belə ki, Braziliyada səfərdə olan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu ölkənin Mədənlər və Energetika Nazirliyinin neft, təbii qaz və bioyanacaq üzrə katibi Renato Dutra ilə görüşüb.
Biznes
2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 azalaraq, 1 milyard 753 milyon 187 min dollara bərabər olub. “Bu ilin avqust ayında Türkiyə 232 milyon 197 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 0,4 faiz azalıb” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 2 milyard 784 milyon 645 min dollar məbləğində xalça ixrac edib.
Türkiyə 2025-cü ilin avqust ayında Azərbaycana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,11 faiz azalaraq, 11 milyon 193 min 56 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Azərbaycana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz azalaraq, 90 milyon 731 min 16 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyişərək, 5 milyard 164 milyon 52 min dollara bərabər olub. “Bu ilin avqust ayında Türkiyə 656 milyon 808 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.
2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 artaraq, 6 milyard 263 milyon 387 min dollara bərabər olub. “Bu ilin avqust ayında Türkiyə 751 milyon 386 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,8 faiz azdır” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 9 milyard 542 milyon 699 min dollar məbləğində tekstil ixrac edib.
Sentyabrın 4-də Türkiyənin İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu keçiriləcək. Bu barədə AzerVoice Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, forumda karbohidrogen və neft-kimya, bərpa olunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması və protokolun imzalanması nəzərdə tutulur. Forum çərçivəsində, həmçinin, SOCAR Əliağa terminalına səfər planlaşdırılır. Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum isə 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində keçirilib.
2025 -ci ilin iyulunda Qırğızıstandan Türkiyəyə 16 min 106 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 2,53 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,23 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyul aylarında Qırğızıstandan Türkiyəyə 114 min 946 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,85 faiz çoxdur. 2025-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı isə 0,41 faiz təşkil edib. Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyulunda Türkiyəyə 6 milyon 969 min 546 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 4,97 faiz azdır.
2025-ci ilin iyul ayında Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 10,7 faiz artaraq 10 milyon 30 milyon 400 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 8,4 faiz artaraq, 67 milyard 682 milyon 910 min dollar olub. “Bu ilin iyul ayında Türkiyənin Avropa Birliyi ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artaraq 10 milyard 857 milyon 888 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər. Nazrilikdən bildiriblər ki, 2025-ci ilin yanvar – iyul aylarında Türkiyənin Avropa Birliyi ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 5,3 faiz artaraq, 67 milyard 684 milyon 543 min dollar təşkil edib.
2025-ci ilin iyul ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1 faiz artaraq 3 milyon 388 milyon 585 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,6 faiz artaraq, 23 milyard 164 milyon 319 min dollar olub. “Bu ilin iyul ayında Türkiyənin Qaradəniz ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 4 milyard 901 milyon 803 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər. Nazrilikdən bildiriblər ki, 2025-ci ilin yanvar – iyul aylarında Türkiyənin Qaradəniz ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 0,5 faiz azalaraq, 34 milyard 435 milyon 140 min dollar təşkil edib.
Türkiyə 2025-cü ilin iyul ayında Yunanıstana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz azalaraq, 7 milyon 636 min 17 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Yunanıstana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 45 milyon 775 min 64 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq, 2 milyard 609 milyon 212 min dollara bərabər olub.
Türkiyə 2025-cü ilin iyul ayında ABŞ-yə dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz artaraq, 11 milyon 281 min 83 dollara çatdırıb.2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən ABŞ-yə dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz artaraq, 41 milyon 190 min 17 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq, 849 milyon 516 min dollara bərabər olub.
Türkiyə 2025-cü ilin iyul ayında Misirə elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz azalaraq, 17 milyon 285 min 18 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Misirə elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz azalaraq, 127 milyon 951 min 54 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 9 milyard 890 milyon 918 min dollara bərabər olub.
2025-ci ilin iyul ayında Türkiyənin D -8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,7 faiz azalaraq 823 milyon 377 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin D -8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,4 faiz azalaraq, 5 milyard 636 milyon 988 min dollar olub. “Bu ilin iyul ayında Türkiyənin D -8 ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz azalaraq 1 milyard 188 milyon 872 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.