Biznes

2026-ci ilin yanvar ayında Türkiyədən Fransaya hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz azalaraq, 75 milyon 162 min 77 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 1 milyard 340 milyon 771 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 16 milyard 699 milyon 252 min dollar məbləğində hazır geyim ixrac edib.

Keçən ilin dekabr ayında Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 8,3 faiz artaraq 9 milyard 956 milyon 11 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – dekabr ayında, Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı, 2024-cü ilin analoji dövri ilə müqayisədə 7,7 faiz artaraq, 116 milyard 908 milyon 78 min dollar olub.

Keçən ilin dekabr ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 6,4 faiz artaraq 3 milyard 720 milyon 97 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – dekabr ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, 2024-cü ilin analoji dövri ilə müqayisədə 1,1 faiz artaraq, 40 milyard 261 milyon 845 min dollar olub.

2026-ci ilin yanvar ayında Türkiyənin Muğla Milas Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 108 min 763 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 4 faiz artaraq, 104 min 214 nəfər, beynəlxalq reyslər üzrə isə dəyişməyərək 4 min 549 nəfər təşkil edib.

Keçən ilin dekabr ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 17,6 faiz artaraq 1 milyard 308 milyon 227 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – dekabr ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, 2024-cü ilin analoji dövri ilə müqayisədə 4,5 faiz artaraq, 73 milyard 32 milyon 987 min dollar olub. “Keçən ilin dekabr ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq 1 milyard 441 milyon 420 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

2026-cı ilin yanvar ayında İtaliyadan Türk limanlarına 3 milyon 313 min 159 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər İtaliyadan Türkiyə limanlarına 295 min 6 ton yük daşınıb. “Bu ilin yanvar ayında İtaliyadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 941 min 699 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

2026-ci ilin yanvar ayında Türkiyənin Muğla Dalaman Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 89 min 53 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 79 min 429 nəfər, beynəlxalq reyslər üzrə isə 13 faiz artaraq 9 min 624 nəfər təşkil edib.

Keçən ilin dekabr ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 15,6 faiz artaraq 7 milyard 966 milyon 612 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – dekabr ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, 2024-cü ilin analoji dövri ilə müqayisədə 4,5 faiz artaraq, 73 milyard 32 milyon 987 min dollar olub.