Bakı. AzerVoice:
5 ilə yaxın bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
İqtisadiyyat Nazirliyindən AzerVoice-ə bildirilib ki, nazirlik yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 414,1 min vahid artıb və 2024-cü ilin fevral ayının 1-nə 1.816.008 olub.
Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 364.533 artaraq 904.455-ə çatıb.