Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    İİB nümayəndə heyəti Qarabağda bərpa və infrastruktur layihələri ilə tanış olub

    8 May 2026 20:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İİB nümayəndə heyəti Qarabağda bərpa və infrastruktur layihələri ilə tanış olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    İqtisadiyyat naziri Mikayıl Cabbarov və İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirinin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər edib. Səfər çərçivəsində Ağdam, Füzuli, Xocavənd, Şuşa və Xankəndidə həyata keçirilən bərpa-quruculuq və infrastruktur layihələri ilə tanışlıq olub.

    VOA xəbər verir ki, nümayəndə heyətinə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bölgədə aparılan yenidənqurma işləri və infrastruktur layihələri barədə məlumat verib.

    Səfər çərçivəsində qonaqlar Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrdə istehsal prosesi ilə tanış olublar. Sahibkarlarla keçirilən görüşdə istehsal potensialının artırılması, ixracyönümlü inkişaf perspektivləri və İslam İnkişaf Bankı ilə əməkdaşlıq imkanları müzakirə edilib.

    Bildirilib ki, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının 70 faizdən çox hissəsi artıq sahibkarların istifadəsinə verilib. Rezidentlərə vergi və gömrük güzəştlərinin tətbiq olunduğu qeyd edilib.

    Nümayəndə heyəti Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, 1 saylı körpələr evi-uşaq bağçası və Mirzə Uluqbəy adına məktəbdə yaradılan müasir təhsil infrastrukturu ilə də tanış olub.

    Şuşaya səfər zamanı qonaqlara şəhərdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib, tarixi-mədəni abidələr ziyarət olunub.

    Xankəndidə yerləşən Qarabağ Universitetində olan nümayəndə heyəti burada yaradılmış müasir tədris infrastrukturu və akademik mühitlə tanış olub. Qeyd edilib ki, universitet regionun sosial-iqtisadi inkişafı üçün yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayacaq.

    Səfər zamanı işğaldan azad edilmiş ərazilərdə yaradılan müasir infrastruktur və əlverişli investisiya mühitinin regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

    #Qarabağ #Şuşa #Mikayıl Cabbarov #İslamİnkişafBankı #AğdamSənayeParkı #BərpaQuruculuq #QarabağUniversiteti #İnvestisiyaMühiti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    22 Avqust 2026 21:19

    Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq sənədləri imzalanıb

    22 Avqust 2026 18:36

    Daşkənddə Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu keçirilib

    22 Avqust 2026 14:57

    Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib

    3 Avqust 2026 18:32

    Mentorluq proqramı çərçivəsində "Yüksəliş" müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib

    3 Avqust 2026 18:03

    "Qarabağ" bu gün CSKA ilə qarşılaşacaq

    30 İyul 2026 10:43

    Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib

    23 İyul 2026 18:24

    Azərbaycan və Çexiyanın “Agrofert” Şirkətlər Qrupu əməkdaşlıq imkanlarını müzakirə edib

    22 İyul 2026 19:51

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    17 İyul 2026 20:47

    Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

    17 İyul 2026 18:32

    Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir

    17 İyul 2026 17:57

    Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib

    10 İyul 2026 17:49
    XƏBƏR LENTİ

    İman və etiqad arasında fərq nədir?

    Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

    Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub

    Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib

    Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

    Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

    Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib

    Gecə saat 3-də oyanmağın elmi səbəbi nədir?

    Husilərin təhlükəli taktikası - azyaşlılar müharibədə necə canlı sipərə çevrilir?

    Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır - Hikmət Hacıyev

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.