Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Husanov Asiyanın ən yaxşı gənc futbolçusu seçildi

    5 Yanvar 2026 12:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Husanov Asiyanın ən yaxşı gənc futbolçusu seçildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Özbəkistan milli komandasının və İngiltərənin Mançester Siti klubunun müdafiəçisi Abdukodir Husanov 2025-ci ildə Asiyanın ən yaxşı gənc futbolçusu seçilib.

    AzerVoice xəbər verir ki, mükafat nüfuzlu Goalpost nəşri tərəfindən keçirilən səsvermənin nəticələrinə əsasən təqdim olunub.

    Məlumata görə, 21 yaşlı futbolçu üçün ötən il karyerasında dönüş nöqtəsi olub. O, yanvar ayında Mançester Siti klubuna transfer olunaraq İngiltərə Premyer Liqasında çıxış edən Özbəkistandan ilk futbolçu kimi tarixə düşüb.

    İyun ayında isə Husanov Özbəkistan milli komandasının dünya çempionatına vəsiqə qazanmasında mühüm rol oynayıb. Cari mövsümdə o, Mançester təmsilçisinin heyətində doqquz oyunda meydana çıxıb və sabit çıxışı ilə diqqət çəkib.

    Goalpost tərəfindən təşkil edilən səsvermədə Abdukodir Husanov Asiyanın müxtəlif ölkələrindən – Özbəkistan, Avstraliya, İndoneziya, Koreya Respublikası, İraq və digər dövlətlərdən olan perspektivli gənc futbolçuları geridə qoyub.

    Bununla yanaşı, Husanov beynəlxalq nüfuzunun artdığını təsdiqləyən daha bir göstərici əldə edib. Belə ki, o, The Athletic nəşrinin tərtib etdiyi dünyanın ən güclü 100 futbolçusu siyahısında 86-cı pillədə qərarlaşıb.

    Mütəxəssislər Abdukodir Husanovun həm klub, həm də milli səviyyədə yüksələn performansının yaxın illərdə onu Asiya futbolunun aparıcı simalarından birinə çevirə biləcəyini bildirirlər.

    #Mançester Siti #İngiltərə Premyer Liqası #Abdukodir Husanov #Asiyanın ən yaxşı gənc futbolçusu #Özbəkistan milli komandası #Asiya futbolu #beynəlxalq futbol reytinqləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Martinelli "Qalatasaray"ı rədd etdi

    15 Avqust 2026 13:16

    "Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau vəzifəsindən ayrılıb

    31 İyul 2026 19:58

    Arbeloa "Fulhem"in baş məşqçisi təyin olunub

    8 İyul 2026 12:07

    "Nottingem Forest" baş məşqçi Vitor Pereyra ilə yollarını ayırıb

    2 İyul 2026 22:07

    Məhəmməd Salahın yeni klubu hansı olacaq?

    25 İyun 2026 10:33

    Bruno Fernandeş “Mançester Yunayted”də qalacaq?

    13 İyun 2026 14:20

    Bernardo Silvanın yeni klubu bəlli oldu

    12 İyun 2026 16:33

    Karrik Fernandesin Yunayteddə qalacağını təsdiqlədi

    25 May 2026 11:31

    Amorim Mançester Yunayteddən sonra Portuqaliyaya qayıdır

    19 May 2026 14:46

    Qvardiola Mançester Sitidən gedir

    19 May 2026 10:55

    Mançester Yunayted Kobbi Mainu ilə uzunmüddətli müqavilə imzaladı

    30 Aprel 2026 16:06

    Alfonso Deyvis Bavariyada qalır – Mançester Yunayted geri addım atır

    25 Aprel 2026 12:40
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 25 Avqust

    İsrail ordusu Qəzzada HƏMAS-a aid olduğunu bildirdiyi silah anbarlarını vurub

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb

    ABŞ İranın qızıl, texnologiya, aviasiya və gəmiçilik sahələrini hədəfə alıb

    İran üçün çirkli pulları yuyan qurumlar dollar sistemindən çıxarılacaq - Skott Bessent

    ABŞ İranın ticarət tərəfdaşlarına yeni məhdudiyyətlər tətbiq edəcək iqtisadi vəziyyətdə deyil - Qalibaf

    İranı ayaqda saxlayan bütün iqtisadi əlaqələri kəsəcəyik - Skott Bessent

    İran da daxil olmaqla hamıya qarşı qalib gəlirik - Tramp

    İsrail Livanın cənubuna yeni zərbələr endirib

    Qalibaf Pakistandan vasitəçilik istəyib - ABŞ memoranduma əməl etməlidir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.