Bakı,AzerVoice
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Amerika Birləşmiş Ştatlarına bir həftəlik səfərdən sonra Bağdada qayıtdıqdan bir gün sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın paytaxtına səfər edib.
Əl-Sudaninin 2022-ci ilin sonunda vəzifəyə gəldikdən sonra ilk dəfə Vaşinqtona səfəri “uğurlu” kimi qiymətləndirilsə də, Türkiyə prezidentinin İraqa son 13 ildə ikinci səfəri “tarixi” kimi qiymətləndirilib.
Məlumat üçün bildirək ki, İraqın baş naziri Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə ölkə daxilində açıq-aşkar rəqiblərlə və müəmmalı hadisələrlə qarşılaşdığı bir vaxtda görüşdü.
Məlumdur ki, Bayden inadkar rəqibi, keçmiş prezident Donald Trampa qarşı onun taleyüklü seçki mübarizəsi aparır.
Prezident Ərdoğana gəlincə, Əl-Sudani onunla görüşü zamanı çox önəmli bir layihə olan “İnkişaf yolu” layihəsi imzalanıb və bu layihə ilk növbədə İraqda baş naziri Əl-Sudanini uğuru kimi təqdim edilir.
İraqda “İnkişaf yolu” layihəsi , siyasi dairələrdə Ərdoğanən bələdiyyə seçkilərində məğlubiyətindən sonra Ədalət və İnkişaf partiyasının özünü gücləndirmək istəyi kimi təqdim edilir.
Qeyd edək ki, əslində “İnkişaf yolu” layihəsi əslində 1953-ci ildə İraqın Baş Naziri Nuri əl-Səid tərəfindən irəli sürülün bir layihə idi.
Məlumat üçün bildirək ki, Əl-Sudaninin hakimiyyətə gəlməsindən sonra, sünnilər və kürdlər tərəfindən demək olar ki, tam dəstək alıb, lakin artıq şiələrdən tam dəstək görmür.
Qeyd etmək yerinə düşər ki, şiəsiyasi qüvvələri, konkret olaraq onun namizədliyini bu vəzifəyə irəli sürmüşdülər. Bu gün İraqda şiə qruplar arasında siyasi gərginlik və fikir yarılıqları durmadan artmaqdadır. Ehtimal edilir ki, bu siyasi gərginlik ölkədə İran modeli İslamı tətbiq etməyə çalışan şiələr və ənənəvi şiələr arasında daha da artsın.
Bu gün İraqdakı siyasi şiə pruplara nəzər salındıqda onların vahid bir mərkəzdən idarə olunduğu düşünülsə də bu heç də belə deyil.Əslində onlar bəzən bir-biri ilə yarışan, bəzən də toqquşan üç qüvvədən ibarətdir:
Parlamentdə və hökumətdə iştirak edən qüvvələr və partiyalar
Parlamentdən çəkilmiş və hazırda hökumətdə iştirak etməyən “Sədr Hərəkatı”nı və bəziləri silahlı fraksiyalarını özündə birləşdirən “koordinasiya çərçivəsini”
“Xalq Səfərbərlik Qüvvələri”nin qanadları (Rəsmi təhlükəsizlik qurumu olan, lakin həmişə bunun siyasi prosesin bir hissəsi olmadığını bəyan edirlər)
Əl-Sudani hakimiyyəti ələ aldıqdan və “məhsuldar diplomatiya” terminini qəbul etmişdi bə ölkədə buna uyğun “qucaqlayıcı” siyasət yürüdəcəyini bildirmişdi. Hakimiyyə gəldikdən bir il yarım keçib və bu gün Əl-Sudani bu siyasətin səmərəli olduğu düşüncəsinə hakimdir.