Gündəm

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocavənd rayonunun Sos kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Sos kəndinə 10 ailə, 45 nəfər köçürülüb.

2001-ci il 11 sentyabr hücumlarının 24-cü ildönümündə – ABŞ ərazisində İkinci Dünya müharibəsi zamanı baş vermiş Perl Harbor hücumundan sonra ikinci ən dəhşətli terror aktı kimi tarixə düşən hadisənin ildönümündə – hələ də müxtəlif sui-qəsd nəzəriyyələri dolaşır və hadisə ilə bağlı suallar davam edir. O gün “Əl-Qaidə” təşkilatının 19 üzvü 4 təyyarəni ələ keçirmişdi: onlardan ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpıldı, biri Pentaqona dəyib dağıldı, dördüncüsü isə Pensilvaniya ştatının Şanksvil şəhərindəki sahəyə düşürüldü. Sonuncu təyyarənin hədəfi Ağ Ev idi.

Hüquq müdafiəçiləri bildirirlər ki, İsrailin kino institutları Fələstinlilərə qarşı zorakılıqları “ört-basdır etmə” və ya “haqlı göstərmə” prosesində rol oynayıb. Onlar həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Fələstin torpaqlarındakı işğalını qeyri-qanuni sayan qərarına, eləcə də ekspertlərin Qəzzadakı hərbi əməliyyatları “soyqırımı səviyyəsində” qiymətləndirməsinə istinad ediblər.

2019-cu ilin sonlarından etibarən, İsrail İranla bağlı təhlükəsizlik doktrinasında dəyişiklik elan edərək “Min xəncər” (A Thousand Daggers) strategiyasını qəbul etdikdən sonra, iki tərəf arasındakı toqquşma daha da kəskin bir məcraya yönəldi. Lakin 7 oktyabr 2023-ə qədər İsrailin İrana qarşı əməliyyatları əsasən “gizli əməliyyatlar” çərçivəsində qalırdı.

İranın Qərbi Azərbaycan vilayətində yerləşən və dünyanın ən böyük duzlu göllərindən biri olan Urmiya gölü tamamilə quruyub. İran mediasında yayımlanan peyk görüntülərində gölün izinə rast gəlinmir. İranlı rəsmilər daha əvvəl xəbərdarlıq etmişdilər ki, quraqlığın davam etməsi və problemin həlli istiqamətində addımların atılmaması halında Urmiya gölü yay aylarının sonuna qədər tamamilə quruyacaq.

7 sentyabr gecəsi Günəşdə gücü üzrə sonuncudan əvvəlki sinifə aid partlayış qeydə alınıb. Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Qeyd olunub ki, Bakı vaxtı ilə saat 02:15-də Günəşin 4207-ci ləkə qrupunda (N28W16) rentgen diapazonunda M1.2 sinifli, 10 dəqiqə davam edən partlayış müşahidə edilib.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Peyğmbərin mövlüdü ilə paylaşım edib. “Bu həftə Peyğəmbərimiz Məhəmmədin (s.ə.s.) mövlud günüdür. Bu ilin mövludunun özəlliyi ondadır ki, bəzi hesablamalara görə RəsulAllah hicrətdən bəri 1500 ilə çatmışdır...Dünyanın müharibələrlə və şər ilə, qəddarlıq və iztirablarla, yalan və azğınlıqlarla dolu olduğu bir zamanda biz həsrət, minnətdarlıq və ümidlə bizi Allahın doğru yoluna yönəldən Rəsulu xatırlayırıq. Allah Öz sevimli bəndəsini yaxınları ilə Cənnətdə birləşdirsin və bizi də onların sırasında etsin... Rəhman olan Allahın mərhəməti göz yaşları və uşaqların fəryadı ilə iztirab çəkən bu bəşəriyyəti şəfa tapsın və bütün uşaqlara xoşbəxtlik bəxş etsin...Ey Allahım, Məhəmmədə və Onun bütün ailəsinə salavat və bərəkət olsun.”-deyə səfir yazıb.

Qurani-Kərimin Məkkə dövründə nazil olduğu qəbul edilən, lakin bəzilərinə görə Mədinə dövrünə aid sayılan Ədiyat surəsi, mövzu və üslubu baxımından açıq şəkildə Məkkə surələrinin xüsusiyyətlərini daşıyır. On bir ayədən ibarət olan surə, adını ilk ayədə keçən “ədiyat” sözündən alır.

İmzalanan sənədlər arasında 2035-ci ilə qədər İnkişaf Strategiyası, təşkilata üzv dövlətlərin 2026-2030-cu illər üçün ŞƏT məkanında ekstremist ideologiyaya qarşı mübarizə üzrə Əməkdaşlıq Proqramı, 2030-cu ilə qədər Enerji Əməkdaşlığının İnkişafı Strategiyasının həyata keçirilməsinə dair Yol Xəritəsi, Laos Xalq Demokratik Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında qərar,

Ölkəmiz üçün ən vacib və həssas vaxtda fəaliyyətə başlamış, bu gün 30 illik yubileyini qeyd edən Trend Beynəlxalq İnformasiya Agentliyi geniş fəaliyyət diapazonuna üstünlük verərək, informasiya yayıcılığı sahəsində məktəbə çevrilmiş media orqanıdır. Bu fikirlər Mətbuat Şurasının Trend Beynəlxalq İnformasiya Agentliyinin 30 illik yubiley münasibəti ilə yayımladığı təbrikdə yer alıb. Təbrikdə bildirilib ki, bu məktəbin müdavimləri sırasında həm jurnalistikamızda, həm də ictimai həyatın müxtəlif sahələrində təmsil olunan çoxsaylı nüfuzlu şəxslər var. "Trend jurnalist peşəkarlığının cəmiyyətin maraq və mənafeləri ilə uzlaşmasında xüsusi rol oynamaqla ənənə yaratdı. Ənənələri və tutduğu mövqeni qorumaq isə heç də hər informasiya agentliyinə müyəssər olmur. Bunu bacaran agentlik həm də dövrün tələblərinə uyğunlaşmağın örnəyidir, kəskin rəqabət fonunda Azərbaycanın media brendi kimi dünyada məşhurdur, inam və etimad sahibidir. Onu populyarlaşdıran mühüm cəhətlərdən biri də həyata keçirdiyi çoxşaxəli beynəlxalq media əməkdaşlığı xəttidir. Belə bir dayanıqlı və davamlı xəttin seçilməsi isə xarici aləmdə ölkəmizlə bağlı həqiqətlərinin təbliğinə müstəsna töhfədir.