Gündəm

Müşahidəçilərə görə, Hizbullah hökumət qərarını pozmaq və xalqı öz ətrafında toplamaq üçün xarici eskalasiyaya ehtiyac duyur. Bu isə ya İsraillə, ya da Suriya ilə toqquşma deməkdir. Lakin İsraillə qarşıdurma ehtimalı son dövrdə təşkilatın hərbi-siyasi rəhbərlərinə vurulan ağır zərbələr səbəbilə real görünmür. Hətta məhdud əməliyyatlar belə İsraildən daha sərt cavab alma ehtimalını gücləndirir. Buna görə də hizb üçün Suriyanı hədəfə almaq və ictimaiyyətin diqqətini oraya yönəltmək daha mümkün seçimə çevrilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Seyidbəyli kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Türkiyənin demokratiya tarixinə qara ləkə kimi düşən 12 sentyabr 1980-ci il hərbi çevrilişindən 45 il ötür. General Kenan Evrenin rəhbərlik etdiyi xunta idarəni ələ alaraq Konstitusiyanı ləğv etdi.12 sentyabr 1980-ci il səhəri Silahlı Qüvvələr “Bayraq Hərəkatı” kod adı altında hakimiyyətə əl qoydu və Milli Təhlükəsizlik Şurası adı altında ölkəni idarə etməyə başladı.

Çinin illərdir dünyaya təqdim etdiyi “Vahid Çin” konsepsiyası Pekinin diplomatik leksikonunun əsas sütünlarından biridir. Bu siyasət əsasən dövlətin ərazi bütövlüyünün qorunması kimi qələmə verilir. Lakin, bu sadəcə Çinin xəritə üzərində bütövlük siyasəti deyildir. Siyasətin əsas məqsədi milli azlıqların mədəniyyətlərinin, kimliklərinin, ideologiya və dillərinin vahid hala gətirilməsini hədəfləyir.

Son bir neçə ildə Kirk-in çıxışları və qısa videoları amerikalı gənclər arasında od kimi yayılırdı. Bəzi kadrlarda onu ABŞ universitetlərində abort məsələsi ətrafında liberal gənclərlə mübahisə edərkən görmək olurdu — o, abortu “körpəyə qarşı qətl” adlandırırdı; bəzilərində cinsi keçid ideyasına qarşı çıxırdı; bəzilərində isə ağdərili amerikalıların silah gəzdirmə hüququnu müdafiə edir, sosial baxımdan mühafizəkar dəyərləri müdafiə edirdi; ya da ABŞ prezidenti Donald Trampın siyasətlərini təbliğ və müdafiə edirdi.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı son dünya klublarının reytinq cədvəlində ağdam təmsilçisi 38 pillə yüksələrək 96-cı sıraya yerləşib. Azərbaycanın aparıcı futbol klubu Qarabağ beynəlxalq reytinqdə böyük irəliləyiş əldə edib.

Yaponiya, Böyük Britaniya və İtaliya, Global Combat Air Programme (GCAP) çərçivəsində altıncı nəsil döyüş təyyarəsi üçün mühərrik inkişafında əməkdaşlığı daha da dərinləşdirib. Yaponiya şirkəti IHI, Böyük Britaniyanın Rolls-Royce və İtaliyanın Avio Aero şirkətlərindən ibarət konsorsium, Edge Wing adlı ortaq müəssisə vasitəsilə yeni anlaşma imzalayıb.

Hücumdan öncə Vaşinqtonun vasitəçiliyi ilə əldə olunan son razılaşmaya görə, “HƏMAS” 2023-cü ilin 7 oktyabr hücumları zamanı əsir götürülən bütün şəxsləri – diri və ya ölü – azad etməli, əvəzində isə İsrail yüzlərlə fələstinlini sərbəst buraxmalı idi. Bu prosesin ardınca tərəflərin daimi həll yolunu müzakirə etməsi nəzərdə tutulurdu. Lakin Netanyahu hökumətinin vaxt udmaq üçün prosesi ləngitdiyinə dair Vaşinqtonda narahatlıqlar mövcud idi.

Şahzadə vurğulayıb ki, 2002-ci ildə Səudiyyə tərəfindən irəli sürülən Ərəb Sülh Təşəbbüsü hələ də Fələstin dövlətinin qurulması üçün əsas yol xəritəsidir. Onun sözlərinə görə, Səudiyyənin diplomatik səyləri nəticəsində Fələstini tanıyan ölkələrin sayı artır və Nyu-Yorkda keçirilən beynəlxalq konfrans iki dövlətli həll yoluna dəstəyi gücləndirib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocavənd rayonunun Sos kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Sos kəndinə 10 ailə, 45 nəfər köçürülüb.

2001-ci il 11 sentyabr hücumlarının 24-cü ildönümündə – ABŞ ərazisində İkinci Dünya müharibəsi zamanı baş vermiş Perl Harbor hücumundan sonra ikinci ən dəhşətli terror aktı kimi tarixə düşən hadisənin ildönümündə – hələ də müxtəlif sui-qəsd nəzəriyyələri dolaşır və hadisə ilə bağlı suallar davam edir. O gün “Əl-Qaidə” təşkilatının 19 üzvü 4 təyyarəni ələ keçirmişdi: onlardan ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpıldı, biri Pentaqona dəyib dağıldı, dördüncüsü isə Pensilvaniya ştatının Şanksvil şəhərindəki sahəyə düşürüldü. Sonuncu təyyarənin hədəfi Ağ Ev idi.