Bioqrafiya: Tanınmış simalar

Müasir qırğız ədəbiyyatının yeni məzmun və yeni ideyalarla zənginləşməsində böyük xidmətləri olan dünya şöhrətli yazıçı Çingiz Torequl oğlu Aytmatov 12 dekabr 1928-ci ildə Qırğızıstan Respublikası Talas vilayətinin Şəkər kəndində anadan olub.

Müasir kapitalizmin ən qüdrətli fiquru hesab olunan Larri Fink, idarə etdiyi nəhəng aktivlərlə qlobal iqtisadiyyatın və siyasətin gedişatını səssizcə müəyyən edir. Dünyanın ən böyük aktiv idarəetmə şirkəti olan "BlackRock"un qurucusu və baş icraçı direktoru Larri Fink, hazırda 12 trilyon dollardan çox vəsaitə nəzarət edərək ABŞ və Çin istisna olmaqla, demək olar ki, bütün dünya ölkələrindən daha zəngin bir güc mərkəzinə çevrilib. Uşaqlıqda səhradan topladığı ilanları satmaq istəyərkən FTB-nin diqqətini çəkən Fink, bu gün "Wall Street"dən Vaşinqtona qədər uzanan dəhlizlərdə ən nüfuzlu qərar verici hesab olunur. 1986-cı ildə "First Boston" bankında 100 milyon dollarlıq itki ilə üzləşərək karyerasında ciddi uğursuzluq yaşayan Fink, bu məğlubiyyəti risk menecmentinə əsaslanan "BlackRock" imperiyasının təməlinə çevirib.

Meksikada öldürüldüyü bildirilən kartel lideri El Mencho adı ilə tanınan Rubén Nemesio Oseguera Servantes, son onillikdə ölkənin ən güclü və ən aqressiv cinayət şəbəkələrindən birinə rəhbərlik edən fiqur kimi tanınırdı. O, yoxsul kəndli ailəsindən çıxaraq beynəlxalq səviyyədə axtarılan narkotik şəbəkəsi rəhbərinə çevrilmişdi.

İslamı qəbul edən ilk müsəlmanlardan biri olan Bilal Həbəşi, Məkkənin nüfuzlu şəxslərindən olan Ümeyyə ibn Xələfin köləsi idi. O, Bilalın müsəlman olduğunu öyrəndikdə, onu dindən dönməyə məcbur etmək üçün ən ağır işgəncələrə məruz qoymuşdur. Bilalı qızmar qum üzərinə uzadıb, sinəsinə ağır daşlar qoymuş, dəfələrlə döymüş və suya susadaraq onu təslim olmağa məcbur etməyə çalışmışdır. Lakin Bilal bütün əzablara rəğmən inancından dönməmiş və "Əhəd! Əhəd!" (Allah təkdir!) deyərək səbir göstərmişdir.

Mayk Hakabi ABŞ-ın siyasi və media mkanında ən nüfuzlu şəxsiyyətlərdən biri olan amerikalı siyasətçidir. O, bir sıra məsələlərdə, xüsusən də İsrail ilə münasibətlərdə tutduğu sərt mövqeyi ilə tanınır. Hakabi İsrailin Nil vadisindən Fərat çayına qədər olan ərazilərdə "incil haqqı" olduğunu müdafiə edir və ABŞ səfirliyinin Qüdsə köçürülməsinin ən böyük tərəfdarlarından biridir.

Abaza Mehmed Paşa, Osmanlı dövlətinin görkəmli xadimlərindən olan Həkimoğlu Əli Paşanın ən etibarlı adamlarından və dəstə başçılarından biri idi. O, hərbi karyerasına cəsarətli addımlarla başlamış, "Gənc Əli" ləqəbli quldur başçısını zərərsizləşdirdiyinə görə mühafizə dəstələrinin rəhbəri vəzifəsinə yüksəlmişdi. Bu uğurundan sonra həmin il Maraş valisi, bir müddət sonra isə Günyə valisi təyin edildi.

Türkiyədə daxili işlər naziri vəzifəsinə yeni təyinat həyata keçirilib. “Rəsmi Qəzet”də dərc olunan Prezident qərarına əsasən, Daxili İşlər Nazirliyinə Ərzurum vilayətinin qubernatoru Mustafa Çiftçi təyin edilib. Təyinat Türkiyə Konstitusiyasının 104-cü və 106-cı maddələrinə uyğun olaraq reallaşdırılıb. Mustafa Çiftçi uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif vəzifələrdə çalışıb. O, 1970-ci ildə Konya vilayətinin Çumra rayonunda anadan olub. 1990-cı ildə Konya İmam-Xətib Liseyini bitirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ölkənin hüquq sistemində mühüm kadr dəyişikliyi baş verib. 11 fevral 2026-cı il tarixli sərəncamla Türkiyənin yeni Ədliyyə naziri vəzifəsinə Akın Gürlek təyin edilib. 1982-ci ildə Nevşehirdə anadan olan Akın Gürlek 2005-ci ildə Mərmərə Universiteti Hüquq fakültəsini bitirib. Karyerası ərzində Türkiyənin müxtəlif bölgələrində hakimlik edən Gürlek, xüsusilə İstanbulda ağır cəza məhkəmələrinin sədri olduğu dövrdə qəbul etdiyi səs-küylü qərarlarla tanınıb.

Nurəddin Mahmud Zəngi 11 fevral 1118-ci ildə (17 Şəvval 511) Hələbdə anadan olmuşdur. Hüsn xətti, çox mütaliə etməsi, hədisləri əzbərləyib rəvayət etməsi və fiqh elmindəki dərinliyi onun mükəmməl təhsil aldığını göstərir. Gənclik illərində hərbi sahədə fərqləndiyi və atası İmadəddin Zənginin yanında vaxtaşırı döyüşlərdə iştirak etdiyi məlumdur.