Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Bioqrafiya: Tanınmış simalar
    Bioqrafiya: Tanınmış simalar

    Azərbaycanın qədim dövlətçilik tarixində Atropatın rolu

    29 Mart 2026 05:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanın qədim dövlətçilik tarixində Atropatın rolu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Atropat Azərbaycanın qədim dövlətlərindən biri olan Atropatenanın banisi, antik dövrün görkəmli dövlət xadimi və sərkərdələrindən biridir. O, təxminən e.ə. IV əsrin 70-ci illərində anadan olmuş hesab edilir. Atropat türk mənşəli Atropatilər sülaləsinin əsasını qoymuş və bu sülalə Azərbaycanın cənubunda təxminən 450 il hakimiyyətdə qalmışdır. “Atropat” adı “odu qoruyan” mənasını verir.

    Atropat uzun illər İranın Əhəməni imperiyasında satrap (vilayət hakimi) kimi fəaliyyət göstərmişdir. Mənbələrə görə, o, Əhəməni şahı Artakserks tərəfindən Kiçik Midiyanın (indiki Cənubi Azərbaycan, İran Kürdüstanının bir hissəsi, Azərbaycan Respublikasının cənub bölgələri və Gilan vilayəti) satrapı təyin olunmuşdu.

    Qədim yunan tarixçisi Strabon “Coğrafiya” əsərində Midiyanın iki hissəyə bölündüyünü yazır: Böyük Midiya və Atropat Midiyası. Onun qeyd etdiyinə görə, Atropat Midiyası adını sərkərdə Atropatdan almış və Atropat bu ərazinin Makedoniyalılara tabe olmasına imkan verməmişdir. Strabon Atropatenanın hərbi gücünün yüksək olduğunu, döyüş zamanı 10 min atlı və 40 min piyada çıxara bildiyini də vurğulayır.

    Atropat dövrünün savadlı, geniş dünyagörüşlü siyasətçilərindən biri idi. O, Əhəməni imperiyası zəiflədiyi bir vaxtda satrap olmasına baxmayaraq, müstəqil siyasət yürütməyə çalışırdı. Qavqamela döyüşündən əvvəl Atropat İran şahı III Daranın ordusunda süvari kəşfiyyat dəstəsinə rəhbərlik etmişdi. Makedoniyalı İskəndərin yürüşlərini təsvir edən tarixçi Arrian Atropatın cəsarətini və çevikliyini xüsusi qeyd edir, onun dəstəsində kadusilərin, albanların və sakasenlərin iştirak etdiyini bildirir.

    İran ordusunun məğlubiyyətinə baxmayaraq, Atropat İss, Qranik və Qavqamela döyüşlərində şücaətlə vuruşmuşdur. Qavqameladan sonra bir müddət III Daranın tərəfində qaldığı üçün Makedoniyalı İskəndər tərəfindən Midiya satraplığı vəzifəsindən uzaqlaşdırılmış, e.ə. 330-cu ildə yerinə fars əyanı Oksidat təyin edilmişdi. Lakin Atropat sonradan İskəndərə sədaqətini nümayiş etdirməyi bacardı və e.ə. 328-ci ildə yenidən Kiçik Midiyanın satrapı oldu.

    Uzaqgörən siyasətçi kimi Atropat anlayırdı ki, geniş ərazilərə sahib, güclü orduya malik İskəndərlə açıq hərbi qarşıdurma mənasızdır. Buna görə də o, diplomatik yol tutaraq makedoniyalılarla yaxınlaşdı. e.ə. 324-cü ildə Parsua və Midiyada üsyan qaldıran Bariaksı məğlub edərək əsir tutdu və İskəndərə təhvil verdi. Bu addım Atropatın nüfuzunu daha da artırdı.

    Atropat Suz şəhərində keçirilən möhtəşəm şənliklərdə iştirak etmiş, qızını İskəndərdən sonra ən nüfuzlu sərkərdələrdən biri olan Perdikkiyə ərə verərək siyasi mövqeyini möhkəmləndirmişdi. Arrianın yazdığına görə, Atropat İskəndərin vəzifəsindən kənar etmədiyi yeganə Əhəməni satrapı olmuş, hətta ona əlavə ərazilərin idarəsi də tapşırılmışdı.

    e.ə. 330-cu ildə Makedoniyalı İskəndərin ölümündən sonra imperiya parçalandı. Atropat nəzarət etdiyi ərazilərdə sabitliyi qorudu. e.ə. 321-ci ildə Perdikkiyin ölümündən sonra baş verən hakimiyyət savaşları fonunda Atropat özünü müstəqil elan etdi. Beləliklə, Azərbaycanda Atropatena dövləti (e.ə. 321–227-ci illər) yarandı. Bu dövlət Şərqdə Makedoniya əsarətindən azad olmuş ilk dövlətlərdən biri hesab olunur.

    Atropatenanın paytaxtı Qazaka şəhəri idi. Atropatın sonrakı fəaliyyəti barədə mənbələr azdır. Ehtimal olunur ki, o, ölkədə islahatlar aparmış, daimi ordu yaratmış, maliyyə sistemini nizamlamış və iqtisadi inkişaf üçün mühüm addımlar atmışdır. Onun nə vaxt vəfat etməsi və hakimiyyəti kimə vəsiyyət etməsi isə tarix üçün hələ də qaranlıq olaraq qalır.

    Atropat Azərbaycan dövlətçilik tarixində müstəqil siyasətin, diplomatiyanın və uzaqgörənliyin simvolu kimi xüsusi yer tutur.

    #Kim-kimdir #Atropat kimdir? #Atropat kim idi? – Atropatena dövlətinin banisi #Azərbaycanın qədim dövlətçilik tarixində Atropatın rolu #Atropatena necə yarandı? – banisi Atropat haqqında #Makedoniyalı İskəndər dövründə Atropatın siyasi manevrləri #Atropat: sərkərdədən müstəqil dövlət qurucusuna #Odu qoruyan hökümdar – Atropatın tarixi missiyası #Azərbaycan tarixində ilk müstəqil dövlətlərdən biri: Atropatena #Atropat və Atropatilər sülaləsinin yüksəlişi #Antik dövr Azərbaycanında güc və diplomatiya – Atropat nümunəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün onun doğum günüdür - Səddam Hüseyn kimdir?

    28 Aprel 2026 14:17

    Bu gün onun ölüm günüdür - Papa Fransisk kimdir?

    21 Aprel 2026 10:00

    Alparslan Türkeş kimdir?

    4 Aprel 2026 12:00

    Şərqin Yenilməz Aslanı: Qüdsün Fatehi Səlahəddin Əyyubi kimdir?

    22 Mart 2026 14:49

    "Milli Görüş"ün memarı: Nəcməddin Ərbakanın həyat xronikası - Bu gün onun vəfat etdiyi gündür

    27 Fevral 2026 10:04

    Ordu rəhbərindən dövlət başçısına - Cozef Aun kimdir?

    10 Yanvar 2026 15:18

    Bu gün sui-qəsd nəticəsində öldürülən Benazir Bhutto Kimdir?

    28 Dekabr 2025 18:00

    Əmir Teymur kim idi? Fateh, imperiya qurucusu və tarixdə iz buraxan şəxsiyyət

    14 Dekabr 2025 11:35

    Dünyanın İlk Universitetinin Qurucusu Müsəlman Qadın: Fatimə əl-Fihri kim idi?

    9 Noyabr 2025 22:00

    Zahran Mamdani kimdir?

    5 Noyabr 2025 07:54

    Lesley Blanch Kimdir?

    9 Avqust 2025 18:10

    Rüstəm Minnixanov Kimdir?

    6 İyul 2025 12:28
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 6 İyul

    Han sülaləsindən günümüzə: Çin zodiak sisteminin elmi-astronomik və tarixi kökləri

    Yeni flaqman Xiaomi 18 seriyasının bütün texniki xüsusiyyətləri bəlli olub

    Yeni 604 at güclü "Mercedes-AMG E53 Hybrid Wagon" sınaqdan keçdi

    Hüquqi tənzimləmə yalnız silahı könüllü təhvil verənlərə şamil ediləcək - Kurtulmuş

    ABŞ hərbçisinin Oman dənizində axtarışları dayandırıldı

    Türkiyə ilə Fransa arasında yeni yaxınlaşma - Müdafiə sahəsində əməkdaşlıq gündəmdə

    Z nəsli üçün tarixi dram: Cənnətin qılıncları kitabının geniş analizi

    Böyük Britaniyada yeni qaçqın planı siyasi mübahisələri dərinləşdirib

    Emmanuel Makronun Suriyaya səfəri gözlənilir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.