Nədir

Şizofreniya xəstələrin real və qeyri-real hadisələri ayırd edə bilməməsinə səbəb olan, emosiyaların idarə edilməsinə və normal davranışa mane olan ciddi beyin xəstəliyidir. Bu xəstəlik çox vaxt beyində yavaş-yavaş inkişaf edir, elə buna görə də ciddi fəsadla yaranmamış erkən diaqnostika və müalicə xəstəliyin idarə olunması üçün çox vacibdir.

Dürzilər və ya dürzilər (ərəb. الدُرُوز‎‎, təkdə ərəb. دَرْزِيّ‎‎) şiəliyinin İsmailiyyə qolundan çıxan və Fatimi xəlifələrindən olan əl-Həkim bi Əmrillahın (vəfatı 926- 1021) vəziri Həmzə ibn Əlinin (ö. 1021) əsasını qoyduğu təriqətdir. Drüzə mənsub olanlar əl-Hakim bi-Amrillahın ilahiliyinə inanırlar.

Sədəqə Allah yolunda xərcləmə, Allah ın razı olması üçün təmənnasız edilən yardım və hər cür xeyir işdir. Xoş bir söz və bağışlamaq, arxasınca əziyyət (minnət) edilən sədəqədən daha xeyirlidir. Allah heç bir şeyə möhtac deyildir, həlimdir (cəzaları təxirə salandır). ( Bəqərə surəsi 263-cü ayət)

Anka , xalq arasında adı olub gerçəkdə olmayan və Kaf dağında yaşadığı iddia edilən əfsanəvi bir quşdur. İddalara görə, yaşıl lələkləri olduğu üçün bəzən bu quşa “Zümrüd quşu”, “Zümrüdanka” da deyilir. Keçmişdən günümüzə qədər gəlib çatmış bir çox müxtəlif əfsanələrdə bəzən bu quşa “Feniks” də deyilir.

Zünnar sözü əsasən müsəlman torpaqlarında yaşayan xristian və yəhudilərin digərlərindən fərqlənmələri və dövlət himayəsində olduğunu göstərmək üçün istifadə olunan geyim, saç düzümü və ya müxtəlif aksesuarlardır.