Bakı,AzerVoice
Namazın rüknlərindən biri olan “rüku” qiraətdən sonra əllər dizə çatacaq və bel ilə baş düz olacaq şəkildə əyilməkdir. Rükunun namazın vaciblərindən biri olması qəbul edilmişdir.
Xəstəlik səbəbindən rükuya gedə bilməyənlərin qiyamda durduğu vəziyyətdən bir az əyilməsi yetərlidir. Rüku ilə bağlı digər bir hökm isə camaatla qılınan namazlarda rükətə rükuda çatan kimsə o rükəti qılmış hesab olunur.