Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Nədir
    Nədir

    Qızılca nədir?

    10 Yanvar 2024 09:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qızılca nədir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerPress

    Qızılca kəskin yoluxucu virus xəstəliyidir. Qızılca virusu - Palynosa morbillarum strukturuna və bioloji xassələrinə görə Paramyxoviridae ailəsinə mənsub olub RNT tərkilidir.
    Təbii şəraitdə yalnız insanlar xəstələnirlər. 56C də virus 2 - 3 dəqiqəyə məhv olur.Günəş işığının təsiri və ultrabənövşəyi şüalara qarşı daha həssasdır. Əgər ana qızılca keçiribsə 3 aylığa qədər bir qayda olaraq, uşaqlarda analarından keçmiş passiv immunitetin olması ilə əlaqədar qızılca ilə xəstələnmirlər. Passiv immunitet uşağın yaşı artdıqca azalır, 9 aydan sonra isə itir. Əgər ana qızılca keçirməyibsə körpədə ilk günlərində də qızılcaya yoluxa bilər.
    Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı,papulyoz-ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır.

    Həmçinin oxuyun:
    Allergiya nədir?
    Epidemiya nədir?

    Xəstəliyin mənbəyi xəstə insandır. Qızılca zamanı virusdaşıma olmur, lakin xarici mühitə virus ifraz edir. Xəstə kataral dövrdə və səpkinin ilk günündə daha yoluxdurucu olur. Səpkinin 4 cü günündən etibarən xəstə digərlərini yoluxdurma qabiliyyətini itirir. Qızılca yüksək yoluxdurucu qabiliyyətli infeksiya olmasına baxmayaraq ( yoluxdurma indeksi 95-96 %) xarici mühitdə davamsızdır. Belə ki, infeksiyanın əşyalar və üçüncü şəxsdən keçməsi mümkün deyildir.Xəstəlik zamanı orqanizmin müdafiə qabiliyyəti zəiflədiyindən digər ikincili infeksiyalarda ağırlaşmalar ola bilər.Xəstəlikdən sonra ömürlük immunitet yaranır və uzun müddət qanda virusu neytrallaşdıran anticisimlər saxlanılır.
    Tibbdə rubeola və ya morbilli kimi də tanınan bu xəstəlik tənəffüs sisteminin viral infeksiyası kimi də təyin edilə bilər. Qızılcaya, əsasən, uşaqlar yoluxur. Amma digər yaş qruplarında olan insanlar da bu virusla xəstələnə bilər.
    Qızılca virusunun törətdiyi xəstəliyin yeganə məlum mənbəyi insandır. Yəni xəstəlik insandan insana keçərək yoluxdurur.
    Xəstənin öskürməsi və ya asqırması, o cümlədən yoluxmuş şəxslə fiziki təmasda olma xəstəliyin ötürülməsinə səbəb olur.
    Yoluxmuş insan asqırdıqda havaya yayılan virus bir saat havada asılı vəziyyətdə qalır. Buna görə də tənəffüs yolu ilə təmas xəstəliyin ötürülməsində mühüm amildir.
    Sağlam bir insanın qızılcaya yoluxmuş şəxsin istifadə etdiyi dəsmal, geyim, boşqab, çəngəl və ya oyuncaq kimi əşyalara toxunması böyük risk yaradır. Əgər insan bu əşyalara toxunarsa, sonra əlini sabunlamadan ağzına, burnuna və ya gözünə sürtərsə, xəstələnə bilər.
    Qızılca virusu sağlam insana bulaşdıqda, insanın boğazı ilə burnunun birləşdiyi hissəyə daxil olur və bölgədəki limfa düyünlərinə çatır. Buradan qan dövranı sistemi vasitəsilə bütün bədənə yayılır. Müxtəlif orqanlarda hüceyrə sistemlərinə daxil olaraq çoxalmağa davam edir.
    Xəstəliyin 15-17-ci günlərində immun sistemin reaksiyası ilə virusun yayılması dayandırılır və immun sistemi xəstəliklə mübarizəyə başlayır.

    Qızılcanın simptomları
    Qızılca virusuna yoluxduqdan təxminən 8-12 gün sonra xəstəliyin ilk əlamətləri görünür. Bu simptomlar çox vaxt yuxarı tənəffüs yolları infeksiyasına bənzəyir.
    Burun axması, öskürək, asqırma, halsızlıq, yorğunluq, yüksək hərarət, boğaz ağrısı, ağızda, diş ətlərinin ətrafında, yanaqların içərisində kiçik boz rəngli ləkələr, gözün işığa həssaslığı kimi əlamətlər ortaya çıxır. Xəstəliyin 4-8-ci günlərində hərarət 39-41 dərəcə arasında dəyişir.
    Qulaq və boyun arxasında səpkilər başlayır. Bu səpkilər əvvəlcə üzə, bədənə, sonra isə qol və ayaqlara yayılır. Qızılcada səpki qırmızı və qəhvəyi rəngdə olur. Bütün bədənə yayılan səpkilər təxminən 4 gün davam edir.
    Yetkinlərdə qızılca səpkiləri uşaqlara görə daha az olur.
    Qızılcaya yoluxan insan, adətən, təxminən bir həftə ərzində yaxşılaşmağa başlayır. Amma bəzi hallarda bu xəstəlik təhlükəli ola bilir.
    Qızılca orqanizmin digər hissələrinə, məsələn, ağciyərlərə və ya beyinə yayılarsa, ciddi problemlərə səbəb ola bilir.
    Səpki yox olduqca, insanın qızdırması da aşağı düşür. Ancaq xəstəliyin səbəb olduğu öskürək təxminən 10 gün davam edir.

    Qızılcanın səbəb ola biləcəyi problemlər aşağıdakılardır:

    Sətəlcəm
    Meningit
    Korluq

    Qızılca infeksiyası vərəm infeksiyasının yenidən aktivləşməsinə, pnevmoniyaya, boyundakı limfa düyünlərinin iltihabına, orta qulaq infeksiyasına (otit mediasına) və beyinin iltihabına səbəb ola bilər.
    Bu problemlər nadir müşahidə edilsə də, körpələr və immuniteti zəif olan insanlar risk altında sayılır.

    Mütəxəssislər qızılcaya yoluxan uşaqlarla bağlı aşağıdakı məsləhətləri verir:
    Uşaq beş gün evdə dincəlməli, məktəbə göndərilməməlidir.
    Qızılca diaqnozu təsdiqləndikdən sonra məktəblərdə, uşaq bağçalarında və iş yerlərində olan insanlar məlumatlandırılmalıdır.
    Qızılca xəstəsi olan uşaqla təmasda olan insanlar 72 saat ərzində peyvənd edilməlidir.
    Evə yad adamlar gəlməməlidir.
    Uşaq ayrı otaqda qalmalı və otağa baxıcıdan başqa heç kim daxil olmamalıdır.
    Otaq havalandırılmalı, rütubət səviyyəsinə diqqət yetirilməli və otağa günəş işığı düşməlidir.
    Xəstəyə qulluq edən şəxslər maskalardan istifadə etməlidirlər.
    Xəstə kök, portağal və yumurta kimi A vitamini ilə zəngin ərzaqlarla qidalanmalıdır.

    Qızılca nədir?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu

    30 Avqust 2026 09:00

    Süleymanın kiçik açarı kitabında 10-cu ruh - Buer kimdir?

    2 Avqust 2026 19:00

    DAAD təqaüdü nədir?

    2 Avqust 2026 09:30

    Medikamentoz terapiyadan bioloji hədəfə: Xoralı kolitin müasir dərmanla müalicə protokolları

    26 İyul 2026 17:00

    “The Lesser Key of Solomon” - Zimminar nədir?

    26 İyul 2026 13:00

    Türk mədəniyətindəki 54 fərz nədir?

    26 İyul 2026 11:00

    Mədədəki kiçik bir yara necə ölümcül təhlükəyə çevrilir? – Hər kəsin bilməli olduğu gizli əlamətlər

    12 İyul 2026 16:00

    Afrikanın ucqar meşələrindən qlobal təhdidə: Meymunçiçəyi virusunun yayılma coğrafiyası

    12 İyul 2026 12:00

    Roma saraylarından kilsə qadağalarına: Orta əsrlər Avropasında ezoterik güc mübarizəsi

    12 İyul 2026 11:00

    Çin zodiak sisteminin elmi-astronomik və tarixi kökləri

    5 İyul 2026 22:00

    Süleymanın kiçik açarı və kral Marbas haqqında bilinməyənlər

    5 İyul 2026 15:00

    Türkiyənin yeni nəsil "Reis" sinfi sualtı qayıqlarında tətbiq edilən AIP texnologiyası nədir?

    5 İyul 2026 14:00
    XƏBƏR LENTİ

    Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

    Səudiyyə Ərəbistanında 7 nəhəng su zavodu tikilir - digər ölkələrə su satılacaq

    İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

    Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

    Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib

    Yəməndə ərzaq böhranı dərinləşir

    İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.