Bakı. AzerVoice:
FETÖ-yə qarşı son 4 gündə 17 vilayətdə həyata keçirilən “Kıskaç-19” əməliyyatlarında 72 şübhəli tutulub.
AzerVoice xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya son dörd gündə FETÖ-yə qarşı 17 vilayətdə həyata keçirilən “Kıskaç-19” əməliyyatlarında 72 şübhəlinin ələ keçirildiyini bildirib. O bu barədə öz sosial media hesabında paylaşım edib.
Nazir Yerlikaya, "FETÖ-çülərə aman verməyəcəyik. Əziz millətimizin əmin-amanlığı, birliyi və həmrəyliyi üçün polis əməkdaşlarımızın üstün səyləri ilə əməliyyatlarımız qətiyyətlə davam edəcək" deyə açıqlama verib.