Suriya ordusu SDQ terror təşkilatının hücumlarına qarşı Hələbdə məhdud hərbi əməliyyat başladacağını açıqladı. Hələbdə Suriya ordusu qüvvələri ilə 10 mart tarixli razılaşmanı pozan SDQ terror təşkilatı arasında toqquşmalar davam edir. Suriya Rabitə Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Bəyanatda Suriya Ərəb Ordusunun SDQ terror təşkilatının davam edən hücumlarına cavab olaraq Hələbdə məhdud hərbi əməliyyat başladacağı bildirilib.Nazirlik Hələbdəki əməliyyatın məqsədinin pilotsuz təyyarə hücumlarını dayandırmaq, təhlükəsizliyi təmin etmək, Hələb-Əzəz yolunu yenidən açmaq və mülki şəxsləri qorumaq olduğunu vurğulayıb.
#Suriyada PKK fəaliyyəti
Suriyanın şərqindəki Rakka vilayətində Suriya ordusu ilə PKK/YPG terror təşkilatı arasında Ganim Əli bölgəsində toqquşmalar baş verib. Yerli mənbələrdən əldə olunan məlumata görə, toqquşmalar Ganem əl-Əli kəndi istiqamətində ağır silahların istifadəsi ilə intensivləşib. Suriya ordusunun bölgədəki qarşıdurmalardan sonra PKK/YPG-yə aid mövqeləri çox namlulu raketatarlarla hədəfə aldığı bildirilib.
Suriya ordusu ilə PKK/YPG qüvvələri arasında Rakka vilayətinin Madaan bölgəsində şiddətli toqquşmalar yaşanıb. Məlumata görə, PKK/YPG-nin işğal etdiyi ərazilərdən Suriya ordusu mövqelərinə hücum edilib. Suriya ordusu isə qarşılıq olaraq top atışları ilə cavab verib. Yerli mənbələrdən alınan məlumatlara görə, hücum nəticəsində Suriya ordusuna aid bir neçə hərbçi həlak olub.
Türkiyə Milli Müdafiə Nazirliyi, Türk Silahlı Qüvvələrinin (TSK) terrorla mübarizədə qətiyyətli fəaliyyətlərini davam etdirdiyini və Suriyadakı əməliyyat bölgələrində indiyədək 580 kilometr uzunluğunda tunelin məhv edildiyini açıqlayıb. Eyni zamanda, TSK inventarına yeni yerli və milli sistemlərin daxil olduğu bildirilib. Nazirlik tərəfindən keçirilən həftəlik mətbuat brifinqində terrorla mübarizə, sərhəd təhlükəsizliyi, beynəlxalq missiyalar və müdafiə sənayesindəki son yeniliklər barədə ətraflı məlumat verilib. Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, TSK-nın həm ölkə daxilində, həm də sərhəd kənarında terrorçulara qarşı mübarizəsi fasiləsiz davam edir. Son bir həftə ərzində daha bir PKK terrorçusu təslim olub. Suriya əməliyyat bölgələrində, xüsusilə Tel Rıfat və Menbiçdə məhv edilən tunellərin ümumi uzunluğu 580 kilometrə çatıb.
Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaara deyib ki, Suriya Demokratik Qüvvələri martın 10-da əldə olunan razılaşmanı həyata keçirməyə hazır olduqlarını bildirir və konkret detallar tələb edir. SDQ-nin media və müzakirələrdə dedikləri ilə reallıqda etdikləri arasında ziddiyyətli siqnallar var.
Məclis sədri Kurtulmuş, MHP başqanı Dövlət Bahçelini ziyarət edəcək. Görüşdə “Terrorsuz Türkiyə” prosesinə dair qurulması planlaşdırılan komissiyanın fəaliyyətlərinin müzakirə olunacağı gözlənilir.
PKK-nın Suriya qolu olan PYD ilə Dəməşq administrasiyası arasında gərginlik yenidən alovlanıb.
Terror təşkilatı PKK-nın silah buraxmaq üçün hazırlaşdığı iddia olunur.