Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ispaniyalı həmkarı Xose Manuel Albares ilə telefon danışığı aparıb. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə edilən məlumata görə, tərəflər regionda sürətlə dəyişən son vəziyyəti və diplomatik prosesləri geniş şəkildə dəyərləndiriblər.
#Regional və qlobal məsələlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü verdiyi bəyanatda Yaxın Şərqin böyük hissəsini əhatə edən müharibənin qlobal iqtisadiyyata vurduğu zərərin artdığını və bu prosesin bütün regionu alova bürümədən dayandırılmasının vacibliyini vurğulayıb. Regionun yenidən qan və barıt qoxusuna büründüyünü bildirən Ərdoğan, diplomatiyaya şans veriləcəyi təqdirdə sülhün mümkünlüyünə inandığını qeyd edib. Bu çağırış İranın xarici işlər naziri Abbas Əraqçinin Vaşinqtonla danışıqlar aparmaqdan imtina etməsi və Tehranın amerikalılarla dialoqda "çox acı təcrübəyə" malik olduğunu bildirməsindən bir gün sonraya təsadüf edir.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani arasında telefon danışığı baş tutub. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazir Fidan və Qətərli həmkarı Al Sani arasındakı görüşdə regionda cərəyan edən son hadisələr və regional inkişaf prosesləri ətraflı müzakirə edilib. Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkiyan arasında telefon danışığı baş tutub. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, liderlər regiondakı mövcud vəziyyəti və gərginliyin azaldılması yollarını müzakirə ediblər. Məsud Pezeşkiyan ölkəsindəki daxili vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə rusiyalı həmkarına məlumat verib. Tərəflər bölgədəki problemlərin yalnız siyasi və diplomatik yollarla həll edilməsinin vacibliyi barədə həmrəy olduqlarını vurğulayıblar.
İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı zamanı bölgədəki son hadisələri dəyərləndirib. Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, telefon danışığı zamanı regional sabitliyin qorunması yolları ətrafında fikir mübadiləsi aparılıb. Abbas Əraqçi ilə söhbətində Hakan Fidan mövcud gərginliklərin aradan qaldırılması üçün diplomatik müzakirələrin və dialoqun vacibliyini diqqətə çatdırıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Avstriya Prezidenti Kristian Stokerlə telefon danışığı aparıb.
Türkiyənin və Rusiyanın xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov Braziliyada keçirilən BRİKS Sammiti çərçivəsində görüş keçiriblər.
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 17-ci BRIKS Liderlər Sammiti çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini və Xarici İşlər Naziri Murat Nurtleu ilə görüşüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında son 24 saat ərzində ikinci telefon danışığı baş tutub.