İsrail ordusu bu gün Yəməndən buraxılan pilotsuz uçuş aparatını (PUA) ölkənin hava məkanına daxil olmadan məhv edib. “Yəmən ərazisindən buraxılan PUA İsrail sərhədlərinə daxil olmadan zərərsizləşdirilib. Tətbiq edilən siyasətə uyğun olaraq heç bir siqnalizasiya işə salınmayıb” - deyə, ordunun bəyanatda qeyd olunub. Bundan əvvəl İsrailin rəsmi yayım qurumu Yəməndən İsrail istiqamətində buraxılan dronun izlənildiyini və ordunun onu məhv etməyə hazırlaşdığını bildirmişdi.
#Yəməndə Husiilər 2025
Lakin Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) hücumun uğursuz olduğunu açıqlayıb. UKMTO-nun məlumatına görə, gəmi heyəti yaxınlıqda naməlum mərminin suya düşdüyünü müşahidə edib və güclü partlayış səsi eşidib. Hadisə nəticəsində xəsarət alan olmayıb, tanker isə səfərinə davam edib.
Yəmən hökumət mənbələrinin məlumatına görə, husilər bazar günü paytaxt Sənada BMT əməkdaşlarına qarşı yeni həbslər həyata keçiriblər.
İsrailin energetika naziri Eli Kohen bəyan edib ki, Təl-Əviv Yəməni “hədəf dairəsinə” daxil edib və husilərin liderlərini aradan qaldırmaq üçün “sistemli siyasət” yürüdür. Kohen bu barədə İsrail radiosuna müsahibəsində danışıb. “Yəməni hədəf dairəsinə daxil etdik. Bu, infrastrukturun məhv edilməsinə və husilərə qarşı məqsədli sui-qəsdlərin həyata keçirilməsinə yönəlmiş sistemli siyasətdir” – deyə, nazir bildirib. Onun sözlərinə görə, "söhbət yalnız husilərdən getmir, HƏMAS-ın bütün liderləri də hədəfdədir, hətta xaricdə yaşayanlar artıq ölü sayılır.” Xatırladaq ki, ötən şənbə husilər bəyan ediblər ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan hökumətin baş naziri Əhməd Qalib ər-Rəhəvi və bir sıra nazirlər ötən cümə axşamı Səna şəhərinə İsrailin endirdiyi hava zərbələri nəticəsində həlak olublar. Son günlər husilər İsrailə raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edir, İsrail isə cavab olaraq Yəməndə husilərin nəzarətindəki hədəfləri vurur. Məlumata görə, ötən cümə axşamı baş verən hücumdan sonra hökumət və nazirlər kabinetinin bu günə nəzərdə tutulan iclasları “husilərin ehtimal olunan cavab zərbələrinə görə” gizli və qorunan məkana keçirilib. “Kanal 12” telekanalı bildirib ki, nazirlərə bu qərar iclasdan az əvvəl çatdırılıb. İsrail hökumətinin bazar günü keçiriləcək həftəlik iclasında isə təhlükəsizlik qurumlarına ayrılan büdcənin artırılması da daxil olmaqla bir sıra məsələlər müzakirə olunacaq. Kabinet daha sonra Qəzzadakı vəziyyəti, bir sıra ölkələrin Fələstin dövlətini tanımaq niyyətinə veriləcək reaksiyanı, həmçinin Livan və Suriyadakı prosesləri müzakirə edəcək.
Yəməndəki husilər avqustun 28-də İsrailin Sənaya hücumu zamanı baş nazir Əhməd Qalib ər-Rahavi və onu müşayiət edən bir neçə nazirin həlak olduğunu açıqlayıb. AzerVoice xəbər verir ki, Husilərlə bağlı Prezidentlik bəyanat yayıb. Bəyanatda İsrailin hücumunda həlak olan baş nazir Rehavi və bir neçə nazirin illik işlərini qiymətləndirmək üçün keçirilən adi görüş zamanı hədəf alındığı bildirilib.
Israil bazar günü Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib. Hücumlarda 6 nəfərin öldüyü, 86 nəfərin yaralandığı bildirilir. Husilərin idarə etdiyi Əl-Məsirə televiziyasının məlumatına görə, Husi hökumətinə bağlı Yəmənin Səhiyyə Nazirliyi dünənki hücumlarla bağlı yazılı açıqlama yayıb. Açıqlamada, “Düşmən İsrail təyyarələrinin Sənaya hücumları nəticəsində ölən şəhidlərin sayı 6-ya, yaralıların sayı isə 86-ya yüksəlib.“ - deyə bildirilib. Husi hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Anis əl-Əsbahi dünən gecə İsrailin hava hücumları nəticəsində 4 nəfərin öldüyünü, 67 nəfərin yaralandığını açıqlayıb.
Husilərə məxsus “Al Masirah” telekanalının məlumatına görə, zərbədən sonra stansiya fəaliyyətini dayandırıb və yanğın baş verib. Yanğın qısa müddət ərzində söndürülüb. Hazırda texniki xidmət və bərpa işlərinə başlanılıb. Husi hökumətinin baş nazir müavini Məhəmməd Miftah obyektin əvvəlki vəziyyətinə qaytarılacağını bildirib.
İsrail ordusu Yəmənin paytaxtı Sənaya hava zərbəsi endirib. Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
Yəmənin paytaxtı Sənada husilərin nəzarətində olan hərbi məhkəmə, ölkənin keçmiş prezidenti Əli Abdullah Salehin oğlu Əhməd Əli Saleh barəsində qiyabi olaraq edam hökmü çıxarıb və onun bütün əmlak və sərvətinin müsadirə olunmasına qərar verib.
ABŞ Müdafiə naziri Pit Heqset 2026-cı ildə Tennessi ştatının qubernatoru vəzifəsinə namizədliyini irəli sürmək imkanını nəzərdən keçirir.
Yəmənin cənubundakı Ləhc vilayətində yerləşən Əl-Ənəd hərbi hava bazasında bir sıra partlayışlar baş verib.
Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşat, İslam və Ərəb ölkələrinin hökumətlərini və xalqlarını İsrail rejiminin artan təhdidlərinə qarşı dərhal və birgə mövqe sərgiləməyə çağırıb.