#Türkiyə

Türkiyənin Beşiktaş klubu təcrübəli qapıçı Mert Günokla yollarını ayırdığını rəsmən elan edib. Klubun yaydığı məlumatda futbolçunun 2021/22 mövsümündən etibarən komandanın heyətində yer aldığı qeyd olunub. Bəyanatda vurğulanıb ki, Mert Günok Beşiktaş forması ilə əldə olunan Türkiyə Kuboku və Superkubok qələbələrində pay sahibi olub.

İstanbul Səhiyyə İdarəsi 2026-cı il üçün dövlət xəstəxanalarında 10 ay müddətinə İmmunohistokimya, in situ hibridləşmə, immunofluoressensiya və histokimya üzrə laboratoriya xidmətlərinin satın alınması üzrə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İştirakçılardan maliyyə sabitliyi və iş dövriyyəsi ilə yanaşı, son 5 il ərzində analoji tibbi laboratoriya xidmətləri üzrə iş təcrübəsini təsdiqləyən sənədlər tələb olunur.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Toplu Mənzil İdarəsi (TOKİ) tərəfindən, Hakkari şəhərinin Yüksekova rayonunda 99 ədəd yaşayış binasının inşası, eləcə də infrastruktur və ətraf mühitin abadlaşdırılması işlərini əhatə edən genişmiqyaslı tikinti layihəsi üzrə tender elan edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara­nın Rusiya və Ukrayna liderləri ilə birbaşa dialoq qurmaq imkanına malik olduğunu bəyan edib. Onun sözlərinə görə, Türkiyə həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə birbaşa ünsiyyət qura bilən nadir aktorlardan biridir. Ərdoğan bu mövqeyini hər iki liderə dəfələrlə açıq şəkildə çatdırdığını vurğulayıb. Türkiyə lideri eyni zamanda yaxın vaxtlarda ABŞ Prezidenti Donald Trampla Ukrayna münaqişəsinin nizamlanması üzrə planı müzakirə etməyi planlaşdırdığını bildirib.

Azərbaycan və Türkiyə arasında ümumilikdə 33 milyard kubmetr təbii qazın tədarükünü nəzərdə tutan uzunmüddətli saziş imzalanıb. Bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar məlumat verib. Nazir bildirib ki, razılaşma iki gün əvvəl əldə olunub və Xəzər dənizində yerləşən Abşeron qaz yatağını əhatə edir. Onun sözlərinə görə, saziş çərçivəsində Abşeron yatağından ildə 2,25 milyard kubmetr olmaqla 15 il müddətində Türkiyəyə qaz tədarükü həyata keçiriləcək

Honda şirkəti qəbul etdiyi qərara əsasən Civic modelini Türkiyə üzrə rəsmi qiymət siyahısından çıxarıb. Uzun illərdir Türkiyə avtomobil bazarında satılan və geniş istifadəçi kütləsinə malik olan Honda Civic 2026-cı ildən etibarən Türkiyədə satışa təqdim olunmayacaq. Məsələ ilə bağlı açıqlama verən Honda bildirib ki, son illərdə sedan avtomobillərə marağın azalması və bazar şərtlərinin dəyişməsi bu qərarın qəbul edilməsində əsas rol oynayıb.