Türk Hava Yollarının İstanbul–Katmandu reysini həyata keçirən Airbus A330 tipli təyyarəsi enişdən sonra texniki nasazlıq səbəbindən təxliyə olunub. Təyyarə eniş etdikdən sonra şassi hissəsində tüstü müşahidə edilib. Nəzarət qülləsinin göstərişi ilə sərnişinlərin təhlükəsizliyi məqsədilə təyyarə ehtiyat tədbiri olaraq boşaldılıb.
#Türkiyə
Türk Kızılayı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının 2025-ci il hesabatına əsasən, humanitar yardım çatdırdığı ölkələrin sayına görə dünyada birinci olub.
2026-ci ilin aprel ayında Türkiyədə baş verən ümumi qəza sayı 52 min 442 olub. İdarədən verilən məlumata görə, aprel ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 46 min 414, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 6 min 28 olub.
Özgür Özəl barədə Türkiyədə “halkı yanıltıcı bilgiyi alenen yayma” ittihamı ilə istintaq başlanıb. Hadisə 8 may 2026-cı il tarixində televiziya proqramında Özgür Özəlin Akın Gürlək barəsində səsləndirdiyi fikirlərlə bağlıdır. Prokurorluq həmin açıqlamaların ictimai qaydanı poza biləcək, ictimai sülhə təsir göstərə biləcək və həqiqəti əks etdirməyən xarakter daşıdığını bildirib.
Mayın 7-də Türkiyənin Kilis şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu, Kilis 7 Aralık Universiteti, İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universitetinin birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium öz işinə başlayıb.
İzmir Su və Kanalizasiya İdarəsi tərəfindən dizel generator dəstlərinin alınması və quraşdırılması üzrə tender elan olunub. Bildirilib ki, layihə çərçivəsində ümumilikdə 16 ədə dizel generator dəstinin təchizatı və quraşdırılması nəzərdə tutulur. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Layihənin icra müddətinin müqavilə imzalandıqdan sonra 150 təqvim günü olduğu bildirilib.
Türkiyənin müdafiə sənayesi şirkəti BMC təhlükəsizlik qüvvələri üçün hazırladığı zirehsiz “PAMİR 4x4” yük və şəxsi heyət daşıma vasitəsini ilk dəfə SAHA 2026 sərgisində təqdim edib. Şirkətin İdarə Heyətinin sədri Fuat Tosyalı bildirib ki, yeni nəqliyyat vasitəsi sahədə yaranan operativ ehtiyaclara cavab vermək üçün hazırlanıb və bütün sınaqları tamamlayaraq təhvilə hazır vəziyyətə gətirilib.
Türkiyənin Dərincə rayonunda Gənclər İdman Təhsil Mərkəzinin tikintisi ilə bağlı tender elan edilib. Kocaeli Bələdiyyəsi tərəfindən verilən məlumata görə, layihə 43 min kvadratmetrlik ərazidə 2 min 200 kvadratmetrlik gənclər mərkəzinin inşasını nəzərdə tutur.
Belçikanın Baş nazir müavini və xarici işlər naziri Maxim Prevot Türkiyənin Avropa üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından strateji və əvəzolunmaz tərəfdaş olduğunu bildirib. Prevot bu fikirləri 10–14 may tarixlərində Kraliça Mathilda rəhbərliyində Belçikadan Türkiyəyə həyata keçiriləcək genişmiqyaslı iqtisadi missiya öncəsi açıqlayıb. O qeyd edib ki, iki ölkə arasında tarixi əməkdaşlıq XIX əsrə dayanır və münasibətlər bu gün daha da dərinləşərək strateji səviyyəyə yüksəlib.
Adıyamanda, nəqliyyat vasitələrinin ehtiyaclarını qarşılamaq məqsədilə böyük həcmli yanacaq satınalması üzrə açıq tender elan edilib. Satınalma çərçivəsində 30 min 95 oktan benzin və 1 milyon 500min litr dizel alınacaq. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bildirilib ki, alınacaq məhsullar Kartal Bələdiyyəsinin İnformasiya Texnologiyaları şöbəsinə təhvil veriləcək və müqavilə imzalandıqdan sonra 100 təqvim günü ərzində çatdırılmalıdır.
PROFEN şirkəti ilə Azərkosmos arasında əməkdaşlıq razılaşması imzalanıb.
Malatya mərkəzli olmaqla Türkiyənin 17 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib. Əməliyyat Malatya Baş Prokurorluğunun koordinasiyası ilə Milli Kəşfiyyat Təşkilatı və polis idarələrinin əməkdaşları tərəfindən həyata keçirilib. Əməliyyatlar Adana, Ankara, İstanbul, İzmir və digər vilayətlərdə təşkil olunub.