#Tehran əhalisinin sıxlığı və problemləri

İranın səhiyyə naziri Məhəmməd Riza Zəfərkəndi bildirib ki, hava çirkliliyi hər il təxminən 50 min insanın ölümünə səbəb olur. Zəfərkəndi universitet rektorları ilə keçirdiyi görüşdə hava çirkliliyi ilə bağlı açıqlamalar verib. O, səhiyyə sahəsindəki problemlərin böyük ölçüdə iqtisadi və sosial amillərdən qaynaqlandığını vurğulayıb. “Problemlərdən biri də hava çirkliliyidir. Hər il 50 min insanın hava çirkliliyinə bağlı olaraq həyatını itirdiyinə şahid oluruq. Eyni zamanda, xəstəxanalara müraciətlər iki dəfə artıb.” - deyə Zəfərkəndi qeyd edib.

İranın paytaxtı Təhranda hava çirkliliyinin 22 faizi motosikletlərdən qaynaqlandığı açıqlanıb. Təhran Bələdiyyəsi Məclisinin sədri Mehdi Çemran bildirib ki, motosikletlərin elektriklə işləyən modellərlə əvəz edilməsi həm çirkliliyi azaltmaq, həm də təhlükəsizliyi artırmaq baxımından effektiv olacaq. İran Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxtda 4 milyondan çox motosiklet fəaliyyət göstərir, onların 92 faizi köhnə modeldir və bir çoxunun rəsmi qeydiyyatı yoxdur.

İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Əraji İsrail tərəfindən İraq hava məkanının yenidən pozulmasının qarşısını almaq üçün bütün tədbirlərin görüləcəyinə dair öhdəlik götürdüyünü açıqlayıb. Xatırladaq ki, İsrail əvvəllər 12 günlük müharibə zamanı İraq ərazilərindən İrana hücumlar üçün platforma kimi istifadə etmişdi. Bu addım Bağdadı bir daha Tehranın tərəfində, dolayısı ilə ABŞ və onun müttəfiqləri ilə qarşıdurma vəziyyətinə gətirir.

Türkiyənin əhalisi iyulun 1-nə 85 milyon 824 min 854 nəfərə çatıb. Əhalinin 50,01 faizini kişilər, 49,99 faizini isə qadınlar təşkil edir.Türkiyə Statistika Təşkilatı (TÜİK) hər rüb üçün hazırladığı ilk rüblük əhali statistikasını açıqlayıb. Müvafiq olaraq, 2024-cü ilin sonunda 85 milyon 664 min 944 nəfər olan ölkə əhalisi bu ilin ilk altı ayında 159 min 910 nəfər artıb. Beləliklə, ölkə əhalisinin sayı iyulun 1-nə 85 824 854 nəfərə çatıb. Kişi əhali 50,01 faiz (42 923 584 nəfər), qadınlar isə 49,99 faiz (42 901 270 nəfər) qeydə alınıb.