#NATO

Avropanın aparıcı ölkələrinin liderləri, NATO rəhbərliyi və Avropa Komissiyasının sədri Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmək üçün sentyabrın 4-də Parisdə toplaşacaqlar. Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçiriləcək görüşdə Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, NATO-nun baş katibi Mark Rütte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak edəcəklər. Tərəflər Ukraynanın təhlükəsizliyi ilə bağlı təminatların müzakirəsini davam etdirəcəklər.

Onun sözlərinə görə, həmin 12 günlük hava müharibəsi zamanı İsrail ABŞ-ın qısa müddətli iştirakı ilə İranın əsas nüvə obyektlərini bombalayıb, yüksək rütbəli hərbçiləri və nüvə alimlərini öldürüb. İsrail, həmçinin İranın hava hücumundan müdafiə sistemlərini demək olar ki, tamamilə sıradan çıxarıb və ballistik silah anbarlarına ciddi ziyan vurub.

2022-ci ilin noyabrında Ulf Kristerssonun Türkiyəyə səfərindən sonra Arlanda Hava Limanında unudulan qovluğun NATO-ya üzvlük prosesi ilə bağlı məhdud tərkibdə keçirilən görüşlərə aid olduğu ehtimal edilir. İsveç mətbuatından olan “Dagens Nyheter” qəzetinə görə, qovluqda xarici əlaqələr sirri sayıla biləcək söhbət qeydləri və diplomatik sənədlər var, lakin həssas kəşfiyyat məlumatları yoxdur. Baş nazirliyin açıqlamasına əsasən, sənədlər bir işçi tərəfindən təsadüfən unudulub və hadisə təhlükəsizlik pozuntusu kimi qiymətləndirilmir. Buna baxmayaraq, hadisə İsveçdə təhlükəsizlik prosedurlarının effektivliyi ilə bağlı ciddi suallar doğurub.

Dünyanın böyük siyasi teatrında dövlətlər öz rollarını ifa edir, amma pərdəarxasında həqiqi rejissorlar - supergüclərdir. Bu tamaşada kiçik xalqların faciəsi çox vaxt seçim illüziyasında gizlənir. Qədim sivilizasiyaların qovşağında yerləşən Gürcüstan bu gün özünü suverenliklə “açıq cəmiyyətlər” layihəsi arasında sıxılmış vəziyyətdə tapıb.

Kanada hökuməti Kiyevə silah tədarükü üçün 2 milyard Kanada dolları (təxminən 1,45 milyard ABŞ dolları) ayıracaq. Söhbət bu ilin iyununda keçirilən “Yeddilər qrupu” (G7) sammitinin yekunları üzrə açıqlanmış yardım paketindən gedir. Hökumətin planına görə, 835 milyon Kanada dolları (təxminən 603,6 milyon ABŞ dolları) zirehli texnika, tibbi avadanlıq, ehtiyat hissələri, atıcı silahlar, sursat, partlayıcı maddələr və pilotsuz uçuş aparatlarının (PUA) alınmasına yönəldiləcək. Daha 680 milyon Kanada dolları (491,5 milyon ABŞ dolları) isə NATO tərəfindən hazırlanmış Ukraynanın prioritet ehtiyacları siyahısına uyğun olaraq ABŞ istehsalı silahların alınmasına ayrılacaq.

Ölkədə nasist keçmişi səbəbindən hərbi müdaxiləyə qarşı həssaslıq qalır və bu, Bundestaqda belə bir qətnamənin qəbul edilməsini çətinləşdirir. Radikal sağçı Alternativ für Deutschland (AfD) partiyasının lideri Alice Weidel planı “təhlükəli və məsuliyyətsiz” adlandırıb, CDU-nun xarici işlər naziri Johann Wadephul isə qoşun yeridilməsinin Almaniyaya gərginlik yaradacağını vurğulayıb. Almaniyada keçirilən sorğular göstərir ki, əhalinin 49 faizi qoşun göndərilməsini dəstəkləyir, 45 faizi isə əleyhinədir. Merzin koalisiya tərəfdaşı Sosial Demokratlar (SPD) isə Ukraynaya qoşun yeritməyə qarşıdır.

Polşanın şərqindəki Lukov qraflığının Osiny şəhərində qarğıdalı tarlasına düşərək partlayan obyektin Rusiyaya aid pilotsuz uçuş aparatı olduğu müəyyənləşdirilib. Polşanın PAP agentliyinin məlumatına görə, partlayış Ukrayna sərhədindən təxminən 100 kilometr aralıda baş verib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, ancaq bəzi evlərin şüşələri sınıb. Hadisə yerində metal və plastik qalıqları aşkarlanıb. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış açıqlamasında “Rusiyanın təxribatı ilə qarşı-qarşıyayıq” deyib və oxşar halların Moldova, Rumıniya, Litva, Latviya və Bolqarıstanda da baş verdiyini xatırladıb. Nazir əlavə edib ki, bütün hərbi bölmələr yüksək hazırlıq vəziyyətinə gətirilib və diplomatik addımlar atılacaq.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, NATO əsgərlərinin Ukraynada sülhməramlı və ya təhlükəsizlik zəmanəti rolunda iştirakını Moskva heç vaxt qəbul etməyəcək. Medvedev ABŞ-da yerləşən X platformasında yazıb ki, Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərmək fikrindən əl çəkmir. “NATO əsgərlərinin sülhməramlı kimi qəbul edilməsinə yox deyirik. Rusiya belə bir təhlükəsizlik zəmanətini qəbul etməyəcək”, – deyə o vurğulayıb.