#İsrailin Fələstin torpaqlarını işğalı

Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş "X" sosial media hesabında bir paylaşımda Qəzzada aclıqdan ölənlərlə bağlı məlumat paylaşıb. Məlumatda qeyd olunur ki, son 24 saatda biri uşaq olmaqla daha 4 fələstinli aclıqdan ölüb. Bununla da ölənlərin sayı 197-yə çatıb.

Ümumilikdə, 2023-cü il oktyabrın 7-dən bu günə qədər Qəzzada 60 min 34 nəfər ölüb, 145 min 870 nəfər yaralanıb. Səhiyyə mənbələri, həmçinin minlərlə cəsədin dağıntılar altında qaldığını və hələ də çıxarılmadığını bildirir.